Gönderi

Kuyucaklı Yusuf: Daxili Səyahət Hekayəsi
7/10
·236 syf.··
2023 9. kitabı
·
22 günde okudu
·
Okunma: 06 Aralık 2023 21:15
Kuyucaklı Yusuf Kuyucaklı Yusuf  , Sabahattin AliSabahattin Ali 'nin yazdığı ilk roman olmuşdur və mənim isə müəllifdən oxuduğum ikinci kitabdır. Digər oxucular kimi mən də Kürk Mantolu MadonnaKürk Mantolu Madonna 'ya heyran olan biri olaraq, bu kitabdan da gözləntim bir az yuxarı idi. Amma sözün düzü, gözlədiyim qədər mükəmməl deyildi. (-bu o demək deyil ki, kitab yaxşı deyil-) Sadəcə olaraq oxumağa başlayanda daha az gözlənti ilə oxumaq yaxşı olar deyə düşünürəm. Mövzu olaraq əslində çox axıcı bir əsərdir. Əvvəlləri çox həyəcanlı və axırları da bir o qədər maraqlıdır. Sadəcə ortalarda bir az çox sıxılırdım. Bəlkə də o qədər də müntəzəm oxumadığım üçün bu məndən qaynaqlanan bir şey ola bilər, bilmirəm. Qısaca söz açsam, kitabda bəhsi gedən qəhrəman — Aydın şəhərinin Kuyucak kəndindən olan Yusuf hələ kiçik yaşlarda olarkən ailəsini bir soyğun nəticəsində itirir. İstintaq üçün gələn ilçe baş məmuru Selahattin Bey isə onu öz öhdəliyinə götürür və beləliklə, Yusufun da həyatı hekayəsi burada başlamış olur. Bildiyimiz kimi, Sabahattin AliSabahattin Ali öz əsərlərində ümumiyyətlə, sosial realist mövzuları ələ alır. Bu kitabda da həmçinin insanların cəmiyyətdəki mövqeləri, sosial statusları və yaşam tərzləri ilə bağlı mövzuları nəzərdən keçirib. Hətta o dövrlərdən bəri yaşandığı məlum, indinin özündə hələ də aktual mövzulardan biri olan kiçik yaşda evlilik kimi mövzular da təfərrüatı ilə qeyd olunub. Düşünürəm ki, bir çox oxucu romanı oxuyarkən mənim kimi bir sıra problemlərlə qarşılaşacaq və əziyyət çəkəcək. Çünki hər şey çox detallı bir şəkildə qələmə alınıb və bənzətmələr, bədii vasitələr o qədər çoxdur ki, hətta öz dilimizdə oxusam belə yəqin ki, cümlələri dönüb bir də təkrar oxumalı olardım. Türkcə olması da ayrı bir dərd idi ona görə. Mən də çarəni audiokitab formasını tapmaqda gördüm. Normalda kitabları səsli olaraq dinləyən biri deyiləm. Amma inanın ki, bu
2023 Okuma Raporları
Kuyucaklı Yusuf Sabahattin Ali · İş Bankası Kültür Yayınları · 2019210,4bin okunma
·
1 +1'leme
·
109 Gösterim
1 Yorum
kitab şərhləriniz o qədər aydın və başadüşüləndir ki istər istəməz oxumayan adamı kitabı oxumağa cəlb edir :)
Zeynəb Gözəlova
Gönderi Sahibi
bunu eşitdiyimə çox sevindim, təşəkkürlər :)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.