Gönderi

Heykəlin üzündə çətin sezilən təbəssüm vardı. Almurad o təbəssümü indi sezdi və heykələ bir daha zəndlə baxdı. O, heykəlin yanından hər gün iki dəfə keçirdi və ikisində də söyə-söyə keçirdi. O, şübhə eləmirdi ki, balıq başından iylənib. Yekə-yekə kişilərin isə uşaq kimi gül gətirib o heykəlin postamentinə düzdüyünü görəndə bilmirdi neyləsin; necə desin ki, bizi bu günə qoyan elə budur!
··
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.