Gönderi

Gülüm
🌹 -Yatma, gülzarə ətir saç, bu nə röya dəmidir? - Bülbül ahəstə gülə söylədi: - Sevda dəmidir. Gül dedi: Eşqə düşənlər belə dalğın görünər, Aşiqəm, indi mənimçin də bu xülya dəmidir. Bülbülün qəlbi coşub söylədi: - Ey qönçə gülüm, Dinlə xoş nəğməmi, bu bülbüli-şeyda dəmidir. Meh əsib söylədi: - Bülbül necə sevməz gülünü, Yaz gəlib, indi gülün bağçada rəna dəmidir. Bir gözəl eşqinə, Mir Mehdi, yarat gündə qəzəl, Gülür ilham pərisi, təbinin əla dəmidir.
Mirmehdi Seyidzadə
Mirmehdi Seyidzadə
··
507 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.