Gönderi

Bəndəm
Bir bülbüləm, eşqin çəmənində gülə bəndəm, Yar, qəlbimi incitmə, yanıqlı dilə bəndəm. Pərvanə kimi qol-qanad açsam da çəməndə, Bir incə ipəkdir qanadım, mən tülə bəndəm. Eşq atəşi sinəmdə yanır, sevgili canan, Sanma gözü sönmüş, soyumuş bir külə bəndəm. Bağlandı könül tellərinə, getdi qərarım, Tükdən asılıbdır ürəyim, bir telə bəndəm.
Mirmehdi Seyidzadə
Mirmehdi Seyidzadə
·
385 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.