Gönderi

264 syf.
·
Puan vermedi
·
11 günde okudu
Babalar ve Oğullar
Babalar ve Oğullar
Babalar ve Oğullar
Ivan Turgenyev
Ivan Turgenyev
, SPOİLER VAR. “Atalar və Oğullar” dahi rus yazıçısı Turqenevin ən məşhur əsəridir. Bu səbəbdən ötəri İvan Sergeyeviç ilə tanışlığım bu kitabla başladı. Roman haqqında ümumi olaraq deyə bilərəm ki, süjet xətti sürükləyicidir. Çox sadə anlaşılan dillə yazılmışdır. Bu səbəbdən oxucunu yormur, və sonuna qədər oxucuda eyni həyəcanı saxlayır. Bundan əlavə kitabdakı fikirlər daha çox dialoqlar və müzakirələrlə çatdırılır ki, bu da həm bütün obrazların daxili aləmini anlamağa imkan verir, həm də müzakirə olunan mövzulara marağı artırır. Kitabının adının “Atalar və Oğullar” olmasının səbəbi təsadüfi deyil, əsər XIX əsr rus cəmiyyətində köhnəlik və yenilik arasında gedən mübarizədən, yeninin köhnəni dəyişməsindən, köhnəliyin, adət ənənələrin, mühafizəkarlığın yeni yaranan “nihilizm”lə çəkişməsindən bəhs edir. Hətta Nihilizmi ən çox məşhur edən əsər kimi qiymətləndirilə bilər. Həmçinin Qərb mədəniyyətindən ən çox təsirlənən Rus yazıçısı Turqenev bu dövr Rusiyasında nəinki Mühafizəkarlıqla Nihilizmin həmçinin Liberalizmlə Nihilizm arasındakı mübarizəni ortaya qoyur. İvan Turqenev nihilist Bazarov obrazı vasitəsilə Rus aristokratiyasını tənqid edir. Bazarov hər vasitədə mayerialist davranan, elmdən başqa heçnəyi həqiqət kimi qəbul etməyən, hərcür adət-ənənə, əxlaq normaları, hakimiyyət və s. qəlibləşmiş anlayışları inkar edən baş personajdır. Onun rus aristokratı Pavel Petroviçlə müzakirələri rus aristokratiyasının geridəqalmış düşüncəsini əks etdirir. Bazarov hər cür Romantizmə qarşı çıxsa da, Pavel Petroviçin bir qadına vurulub ondan əl çəkməməsini axmaqlıq hesab etsə də, özü də bir növ məhəbbətinə məğlub olur. Anna Sergeyevnaya vurulan Bazarov ondan rədd cavabı alaraq sarsılır. Hətta ölüm anında belə Odintsovanı yanına çağırmaqla o, bizə eşq haqqında dediyi sözlərin həqiqət olmadığını göstərir. Hətta belə bir çıxarım da edə bilərik ki, gənc Bazarov Rusiyanın ümidləridir, Odintsova isə Rusiyanın gələcəyi. Və Sonda Bazarovun ölümü ilə sanki yazıçı Rusiya üçün ümidlərin öldüyünü göstərir. Əsər mövcud dövrdə rus kəndlisinin acınacaqlı vəziyyətini nümayiş etdirir. Turqenyev Rus kəndlisini əsasən cahil, kələkbaz, keyfinə düşkün, tənbəl kimi xarakterizə etmişdir. Rusiyanın gələcəyinin kəndlilərin əlində olmasına rişxəndlə yanaşmışdır. Ən bəyəndiyim sitat isə bu oldu : “ Rus kəndlisi Tanrını belə soyar” Əsərdə insan xoşbəxtliyi, onun idealları, məhəbbət, övlad sevgisi kimi insani duyğular çox gözəl işlənmiş, və personajlar arasındaki dialoqlar vasitəsi ilə oxucuya çatdırılmışdır
Babalar ve Oğullar
Babalar ve OğullarIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 202145,2bin okunma
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.