Gönderi

Gəlib Kəbə ətrafında bir yer tutduq. Hər şey sonlanmışdı. Dünya da, dərdləri də, istəkləri də. Anadan doğulma necə olur bilmirəm, çünki ağlım kəsmirdi onda. Amma, yəqin, o da belə olur. Bu arınma duyğusu haqqında saatlarla danışa bilərəm. Başdan ayağa qədər bir təmizlənmə yaşayırsan. Bütün kitabın səhifələrində yazılanlar silinir və elə bil Allah sənin içinə yeni bir qab qoyub "bundan sonra içinə nə dolduracağına fikir ver", elə bil ruhuna səhifələri ağappaq bir kitab qoyub "hər sətirdə nə yazacağına diqqət yetir" deyir. Bax elə əsl məsuliyyət də bundan sonra başlayır: daha az günah, daha yaxşı əməl sahibi, daha yaxşı insan olmaq üçün sənə əsl imkan verilmiş olur. Həyatın da cahiliyyə və İslam dönəmi kimi bir anda iki hissəyə ayrılmış olur - arınmadan əvvəlki və sonrakı həyat
Sayfa 243Kitabı okudu
·
16 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.