10/10
·176 syf.··
Beğendi
·
2023 28. kitabı
·
9 günde okudu
·
Okunma: 21 Aralık 2023 18:53
İlk növbədə belə bir kitab tövsiyə etdikləri üçün Fatime Abdullayeva, @Akko1994, @foreveryoungg təşəkkür edirəm. 4 ay əvvəl demişdilər, mən indi oxuya bildim. Həqiqətən uzun müddətdi yaşayaraq kitab oxumamışdım. Buna ən məhşur klassiklər də daxildi. Bununla da birmənalı anladım ki, bu tərz kitabları ( Bilinmeyen Bir Kadının Mektubu, Beyaz Geceler ) çox sevirəm. Sabahattin Ali nin yavaş-yavaş digər kitablarını da oxumaq qərarına gəldim. Hekayəyə gəldikdə, ən başından kitabın bitməyinə 30-40 səhifə qalana qədər qadına əsəb olmuşdum. Kişi yazıçılar qadın baş rolları adətən vəfasız, qorxaq, dönük xarakterdə yazırlar deyə düşünürdüm ki, Marie Puder məni təəccübləndirdi. Bu səfər Raifin acizliyinə, avamlığına, "vur təpəsindən al əlindən" sözünə uyğun xarakterinə nifrət etdim. Gözəl sevdi, fəda etməyə hazır idi başqası üçün özünü. Bəs özü üçün? Özü üçün özünü fəda etməkdən aciz bir insan necə həyatda tutuna bilər? Bunu sonda bir qızı olduğunu bildiyində belə davam etdirdi. Kitabın dili elədir ki, insanı elə təsirinə salır ki, Marie Puderi mən sevirəm sandım. Mənim eşqimdən qaçırmış sandım. Həyəcanlandım, kədərləndim. Öz sevdiyimi itirdim sonda. Mənim eşqim, hekayəm yarımçıq qaldı sanki. Yəqin ki, bu fikrimi çoxları təsdiqləməyəcək, xüsusən də xanım oxucular. Amma mənə görə qadınlar əksər hallarda eşqlərində paxıl olurlar, sırf qarşılarındakı üçün 1 qram belə dəyişməsinlər deyə qəlbən, mənliyi ilə sevən oğlanlardan qaçırlar. Nəymiş kiməsə görə dəyişmək acizlikmiş, gözünü aç bir bax gör, qarşındakı da dəyişmirmi? Mənə görə ən gözəl eşq iki tərəfində fədakarlıq etdiyi, özündən bir parça qurban verdiyi eşqdir. Sevdiyini olduğu kimi qəbul etməksə, ona dediyin ən böyük yalan, bir ömür edəcəyin bir xəyanətdir.
Aşk - Edebiyat - Roman
Kürk Mantolu MadonnaSabahattin Ali · İş Bankası Kültür Yayınları · 2023376,2bin okunma
··
2.543 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Xanımlar dəyişmir yazmısınız. Elə ən çox qadınların həyatı dəyişir də. İllərlə bir yerdə yaşadığı ailəsindən ayrılıb tanımadığı insanların əhatəsinə düşür. Onların yaşayışına, həyatına uyğunlaşmağa çalışır.Vay o günə ki, uyğunlaşa bilməyə onda da ayrı problemlər. Bundan əlavə rəfiqə,dost- tanışla istədiyi vaxt görüşə bilmir( təbii ki, az miqdarda istisnalar var) İki tərəfində fədakarlıq etməli olduğunu düz vurğulamısınız,amma təəssüf ki hər zaman belə olmur
Nəimi
Gönderi Sahibi
arzu düzgün nəticəyə gələcək ümumiləşdirmə etmək üçün kifayət qədər təcrübəm olub🌸
Kitab həqiqətən gözəldiiir, amma əksər qadınlarla bağlı yazdığın fikir əslində elə əksər kişilərə də aiddir, zənnimcə. Yəni, bunun cins fərqi yoxdur☺️ biz bu mövzularda səninlə anlaşa bilmirik deyəsən😅
Nəimi
Gönderi Sahibi
Elədi, amma onu deyim ki digər paylaşımlarıma baxsan ya da yazdığım kitaba hər zaman kişiləri günahkar çıxarmışam, kişilər də elədi zatən demirəm elə deyil. Amma qadınlar daha çox qarşıma çıxıb😄😄