Gönderi

Dinlə məni sevgilim
Dayan, sözümü kəsmə, Səbirli ol, tələsmə, Haray, səs ver səsimə, Dinlə məni, sevgilim. Safdır ürəyim, içim, Günahım yox and içim, Qalmadı taqət, gücüm, Dinlə məni, sevgilim. Sözlərimdə yox yalan, Mənəm oduna yanan, Bağrım olacaq talan, Dinlə məni, sevgilim. Düz danışan mənəm, mən, Eşqə sadiq mənəm, mən, Söylə mənə sən əhsən, Dinlə məni, sevgilim © Vüqar Əhməd
·
148 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.