Kitabın yazılmasından 130 il keçir (1894) və "Biz hələ də "o dövrdə" yaşayırıq?" sualı gəlir adamın ağlına.
Oxuduqca düşüncələrə qapılır insan. İncələmək, müqayisə eləmək üçün "o dövrün vəziyyəti" kimi sözlərdən fərqləndirmə üçün istifadə eləmək olmur. Dövr dəyişsə də, insanların vəziyyəti, düşüncəsi və xarakteri, xüsusilə CAHİLLİYİ, əfsus ki, biraz yox, əməlli başlı az dəyişib deyir insan.
Avamlığı, cahilliyi, özbaşınalığı, avaralığı, kələkbazlığı hiss edirsən kitabı diqqətli oxuduqca və şəraitin necə çətin olduğunu anlayıb, başqa hadisələrlə əlaqələndirirsən.
Sonda isə oxuculara öz tövsiyəmi vermək istəyərdim. Əgər, siz, nə vaxtsa aşağıdakı kitablardan birini oxumaq istəyirsizsə, dövr hadisələrini daha yaxşı anlamaq və empatiya qurmaq üçün etdiyim sıralamadan istifadə edin:
1. Danabaş Kəndinin Əhvalatları, Celil Memmedguluzade
2. Beyaz Zambaklar Ülkesinde, Grigory Petrov
3. Nutuk, Mustafa Kemal Atatürk