Gönderi

Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, Bir zaman kuyində ziyarətimdir. Qiblə deyib, qaşlarına baş əymək - Gecə-gündüz mənim ibadətimdir. Hər nə desəm, sən incimə sözümdən, Sərxoşunam, yox xəbərim özümdən, Şol qamətin yayınanda gözümdən, Sanasan ki, həşrü qiyamətimdir. Bağlamışam din-imanı zülfünə, Mənim kimi heyran hanı zülfünə, Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. Sənsən mənim ayım, günüm, hilalım, Dövlətim, iqbalım, cahım, cəlalım, Gözəl üzün daim fikrü xəyalım, Sözün dildə şirin hekayətimdir. Sonalar xəcildir siyah telindən, Tutilər lal olur şirin dilindən, Şikəstə Vaqifəm, sənin əlindən Hər kimə ki, yetsəm, şikayətimdir.
Sayfa 81 - Kitab KlubuKitabı okudu
·1 alıntı·
182 görüntüleme
Nahid okurunun profil resmi
Tapşırıb gedirəm canı zülfünə, Yaxşı saxla, səndə əmanətimdir. 🌸
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.