Demək ki ali təhsil yetərli deyilmiş, onu davam etdirmək lazımdır. Əziyyətinin bəhrəsini görmək üçün birazda əziyyət çəkmək lazımdır. Hər şey vaxtında gözəldir(təhsildə, işdə, ailədə). Önəmli olan insanın (əsasəndə qızların) ilk növbədə öz həyatını qurması, özü üçün çalışması və özünü inkişaf etdirməsidir. Əziz həmcinslərim həyat yolunda addımlarımızı o qədər güclü qoymalı, o qədər güclü iradəyə sahib olmalıyıqki sahib olduğumuz heç nəyi qurban vermək məcburiyyətində qalmayaq. Özümüzün öhtəsindən gələ biləcəklərimizi əkscinsimizdən gözləyib ailə qurmağa tələsməyək(əlbəttəki ailə qurmağın əleyhinə deyiləm əksinə ailə bir insanı tamamlayan ən gözəl bağdır)