Gönderi

Siz özünüz də gözəlcə bilirsiniz ki, bu dünyada insan zəkasının ülvi mənəvi təzahürlərindən başqa, hər şey əhəmiyyətsiz və maraqsızdır. Ağıl heyvanla insan arasına möhkəm bir sədd çəkir, insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta onun üçün ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir. Buradan belə bir nəticə çıxır ki, insanın ağlı yeganə mümkün olan bir zövq mənbəyidir. Biz isə yan-yörəmizdə ağlı nə görürük, nə də eşidirik, demək zövqdən məhrumuq. Əlbəttə, bizim kitablarımız vardır, lakin bu heç də canlı müsahibəni və ünsiyyəti əvəz etmir. Əgər belə bir müvəffəqiyyətsiz müqayisəyə icazə versəniz, cəsarətlə deyərəm ki, kitablar notdur, sözlər isə mahnı.
·
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.