Gönderi

Novruz bayatıları
Mən aşiqəm, alışar, Zəhmət çəkər, çalışar. Novruz günü gələndə Küsülülər barışar. Mən aşiqəm, oyarlar, Deyib, gülüb doyarlar, Novruz bayramı üçün, Yumurtalar boyarlar. Mən aşiqəm, çökərlər, Sındırarlar, sökərlər. Novruzda ağırlığı Tonqal üstə tökərlər. Ordan axan arxdımı? Üzündə duvaxdımı? Novruz gəlib yetişdi, Ayrı duran vaxtdımı?! (Rəsm əsəri: "Novruz süfrəsi". Rəssam: Vaqif Ucatay)
·
33 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.