Deyirsən:
- Özünü yaman sevənsən,
Deyirəm:
- Bunun da səbəbi sənsən.
Özümü sevməzdim, hələ əksinə,
Bir zaman özümdən bezib usandım.
Elə ki, ürəkdən bağlandım sənə,
Özüm öz gözümdə dəyər qazandım.
Özümü sevməkdə borcluyam sənə,
Sevgi bir sirdi ki, mən ona təslim.
Başqa birini yox, mən dönə-dönə
Səni sevdiyimdən özümü sevdim.