Gönderi

Dinar︎ yorumladı.
14-155 arası bir ədəd yazın, şeirlənək.🕊️ (səhifə sayına uyğun olaraq)
Sevgi Məktubları
Sevgi Məktubları
·1 alıntı·
2.559 görüntüleme
Dinar︎ okurunun profil resmi
Öne Çıkan Yorum
56🫀
Vəfa Hafiz okurunun profil resmi
Mən... Bu sonsuz tənhalığın, Dəli qəhərin içində. Özümə yol tapammadım Bu yad şəhərin içində. Donub yaşıl budaqları, Çiçəyi, otu daşlaşıb. Qəlbimə daş düşüb, Allah, Qəlbimin odu daşlaşıb.
2 sonraki yanıtı göster
Vəfa Hafiz okurunun profil resmi
Bitəcək yer üzünün nisgilli yağışları, Çarəsiz sevgilərin ümidsiz göz yaşları. Bitəcək sinəm üstə sevdamın baş daşları, Bu ağrı bitməyəcək, bitməyəcək bu ağrı...
15 sonraki yanıtı göster
Hacızadə15》 okurunun profil resmi
15✨️
Vəfa Hafiz okurunun profil resmi
Ya Rəbbim! Ruhumu götür, çək dara... Tabım yox bu sayaq qismətə, Tanrım! Mən üsyan edirəm ayrılıqlara, Mən üsyan edirəm həsrətə, Tanrım! İçimdə bu eşqin yarası dərin, Min yerdən çat verən qan damarıyam.. İmkansız eşqlərin, qərib eşqlərin, Yetim sevdaların üsyankarıyam...
2 sonraki yanıtı göster
Aybəniz İmanlı okurunun profil resmi
28 olsun. 🤍
Vəfa Hafiz okurunun profil resmi
Sənə sarıldığım yerdə Qırdığın qolu bağışla Ver, ruhumu döyəcləsin, Yağış ver, dolu bağışla... Dərd çəkim... Bilən olmasın... İz çəkim... gələn olmasın Tək sənin kölən olmasın, Bu aciz qulu bağışla... Bu yol sənə aparmasa, Bu eşq - İzini sarmasa Ölüncə... Sənə varmasa Getdiyim yolu bağışla...
Sisu okurunun profil resmi
Çox gözəl fikirdi👍🏻
Vəfa Hafiz okurunun profil resmi
Təşəkkür edirəm.🥹🌸 Bu qədər bəyəniləcəyini gözləmirdim... Ara-sıra edəcəm, yəqin ki...
Serçe okurunun profil resmi
18 yaziblar ama başqa eded yazmağa elim gelmedi :)
Vəfa Hafiz okurunun profil resmi
Bu dünyada asılanlar Ta əzəl başdan asılıb. Alçaqlıqlar ucalıqdan Eniş yoxuşdan asılıb. Təməlimiz fələklərdən, Əməlimiz ələklərdən... Sevdamız daş ürəklərdən, Ürəklər daşdan asılıb. Kimsə bilməz bu nə sirdi, Haq da bir, nahaq da birdi... İşıq zülmətə əsirdi, Barış savaşdan asılıb. Xərabələr dayağından, Zülmlə şər boyağından... Əsarət öz ayağından, Azadlıq başdan asılıb. Dilimdən asılan sözlər Ölüm umur ölümsüzdən... Təsəlli - baharı gözlə... Bahar da qışdan asılıb. Bütün yol gözləyən gözlər Bir damla yaşdan asılıb... Bu da məndən olsun: Üzüləcək yerimmi var? Di çək, üzülüm sap kimi. Götür, oxu ürəyimi Oxunmamış kitab kimi. Bir yolçuyam - izlərində, Bir ömrüm var - sözlərində... Qoru məni, gözlərində Qoruduğun əzab kimi.
4 sonraki yanıtı göster
Nadya okurunun profil resmi
21🤍
Vəfa Hafiz okurunun profil resmi
Getdin, Ümidlərin yol ayrıcında Nə qərib göründü bu şəhər sənsiz... Üşüdü gecənin tənhalığında... Qışa təslim oldu bu səhər, sənsiz... Soyudu havalar... ürəyim kimi, Yollar buz bağladı baxışlarımda... Titrəyən nəfəsim çəkdi rəsmini, Çəkdi yağan qarın naxışlarında...
3 sonraki yanıtı göster
62 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.