Gönderi

Həsrətin araya atdı dağ, dərə, Sönən işıq oldun, batan səs oldun. Qayıt, mənim gülüm, qayıt bu yerə, Ey mənim istəyim, nə gəlməz oldun?! Ümidlər, arzular pərən-pərəndir, Qəlbə təsəllidir xatirələrim. Bir halımı soruş, könlümü dindir, Axşamlar yadıma düşür səhərim. Qayıt, mənim gülüm, yerbəyer elə, Dərdli səhərləri, gecələri sən. Çaşıb başqa yolla keçirəm elə, Düz öz qaydasınca küçələri sən. Qayıt, yerinə qoy Ayı, Günəşi - Yenə olduğu tək görüm həyatı. Qayıt, gözüm nuru, könlüm atəşi, Qayıt, səhmana sal bu kainatı.
Əli Kərim
Əli Kərim
··
844 görüntüleme
Qəmər_ okurunun profil resmi
:(
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.