Gönderi

-Mən Şimal və Cənubun birliyini təklif edirəm. -Sən, xalqın avamlığını, təriqət və mövhumat içərisində çürüdüyünü heç də nəzərə almırsan. Cənubi və Şimali Azərbaycanın hər kəndində yüzlərcə təriqətlər vardır. Ərəblər və iranlılar xalqın siyasi düşüncəsini çürütmək üçün minlərcə təriqətlər, məzhəblər yaratmışlar. Bu qədər müxtəlif əqidə daşıyan və bir-birini kafir bilən belə bir xalqı asanlıqla barışdırmaq mümkündürmü? -Xəlifələr mövhumatı xalq arasına nə məqsədlə yaymışdırsa, sən də o məqsədlə təriqət və mövhumata qarşı mübarizə aparmalısan. -Ah, bilirəm nə demək istəyirsən, sənin fikrincə Azərbaycan hər əsr başında bir Babəkmi doğacaqdır? Babək bir nəfər idi, gəldi də, getdi də. -Səhv edirsən, tarixin xasiyyəti təkrardan ibarətdir.
·
57 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.