Gönderi

Bir baxarsan mənə məstanə gözün qan eylər, Saçların aşiqi əhvalı-pərişan eylər. Gül ləbindən bir ömür dərdimə dərman eylər, Elə bir busə əta, xəstə sağalsın getsin. Zalım əğyar qura bilməz bizə həsrət tələsin, Görməyibdir fələyin gözləri yarın beləsin. Sevgisi varlığıma cilvə saçıb, nur ələsin, Eşqi ruhumda çoxaldıqca çoxalsın getsin.
·
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.