Gönderi

Hərbzadələrə
Ey görünməz dost elindən gələn quş! Hansı murdar əllər yıxmış yuvanı? Qəribmisən, yoxsa nədir bu duruş! Əlindənmi aldı ovçu balanı? Ovçu, görüm yavrun sənə qalmasın, Əkdiklərin solsun, kölgə salmasın! Qərib bacı, gözün nədən yaşarmış? Öpmədinmi nişanlını doyunca? - Fələk sənə nə istərsə yaparmış?..- Ağladınmı qaçdığın yol boyunca Dikmə gözün hər yalqızca məzara, Gedən gəlməz, bacım, baxma yollara! Aşıqlardan səs yox, sazları qalmış, Çoban, sürün hanı, tozları qalmış?! Ellər köç eyləmiş, izləri qalmış, Yolları qar basmış, yox gəliş-gediş, Sizə nə çox ağır keçdi bu yıl qış?! Baxdım o yerlərdə buludlar ağlar, Məzarlığa dönmüş bağçalar, bağlar, Maralsız qaldınız, a qarlı dağlar, Tutan olsa Sizdən maral sorağı. Görəcək ki, hər yer düşman yatağı! Nişan məclisində şərbət kasası Qırılmış, yerlərə şərbət tökülmüş. Baxdım, çalır sazlar ölüm havası; Toylar qara geymiş, bellər bükülmüş, - O yerlərdə daha gəlin köçərmi?! Bu qanlardan adil Allah keçərmi?! Didilmiş bədənlər, yolunmuş saçlar... Dağılmış yuvalar görmək istərsən; Qardan kəfən geymiş, yoxsullar ağlar, O ellərdə nə var bilmək istərsən, - Sənə bir kamança hər şeyi söylər, Mən bir kamançayam, tellərim inlər! "Əzizim, ay har aylar, Hər həftələr, hər aylar. Gözü yolda dul bacımız "Qardaş" deyib haraylar"? Onlar sana göz dikərkən Şərab içmə, düşün bir az. Ey, hər zaman "mərdim" deyən! Bundan artıq fürsət olmaz! Ay ağalar, ay xanımlar. Görün, sizə göz dikən var!..
Sayfa 142 - QanunKitabı okuyor
·
300 görüntüleme
Nahid okurunun profil resmi
Ateş sadece düştüğü yeri yakmaz, eğer vicdan denilen bir şeye sahipsek nereye düşerse düşsün, düşen her ateş yüreklerimizi yakar... Ne diyordu Tolstoy: "Bir insan acı duyarsa canlıdır. Başkasının acısını duyarsa insandır." #gazze Muhammed Emin Yıldırım ©
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.