Gönderi

Sevə bilməzsən
Hələ qəlbimizdə xatirə izi, Hələ ayrılığın nəmlidir gözü, Hələ ki sevirik bir-birimizi, Başqa birisini sevə bilməzsən. Gör neçə nəğmənin bəstəsi qalıb, Bu ocaq sönübsə, tüstüsü qalıb, Əlində əlimin istisi qalıb, Başqa birisini sevə bilməzsən. İncidib, qəlbimə dəyə bilmirsən, Yolunu bir yolluq əyə bilmirsən, Mənə "yox" sözünü deyə bilmirsən, Başqa birisini sevə bilməzsən. İl keçir, ömürdə xatirə qalır, Bahar güllərimiz qönçədə solur, Hələ ki gözlərin məni axtarır, Başqa birisini sevə bilməzsən. Axar gözümüzün yaşı qurumaz, Deyirdik bu ilqar, peyman pozulmaz, Belə sevə-sevə ayrılıq olmaz, Başqa birisini sevə bilməzsən.
Nüsret Kesemenli
Nüsret Kesemenli
·
302 görüntüleme
Nahid okurunun profil resmi
youtu.be/8xS9QB0_1-0?si=... 🍃 Bu adam bacarır işi ✨
M.zade okurunun profil resmi
Bu tər qönçə açılmadan solarmış, Bu məhəbbət hansı səmtə yol almış? Sevənlərin günü qara olarmış, Görən kimlər sevib kefdə yaşadı?
Nüsret Kesemenli
Nüsret Kesemenli
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.