Gönderi

Bismillah
Atıldı dağlardan zəfər topları, Bürüdü elləri əsgər, bismillah! O xan sarayında çiçəkli bir qiz Bəkliyor bizləri zəfər, bismillah! Ey döyünən yürək, dumanlı şəhər, Bilirmisən, bu zor gurultu nədir? Aç sisli qoynunu, ordumuz gəlir, Nişanlın qoynuna girər, bismillah! Ey hərbin taleyi, bizə yol ver, yol! Sən ey gözəl dəniz, gəl türkə ram ol! Sən ey sağa-sola qılınc vuran qol, Qollarına qüvvət gələr, bismillah! Ey Baku, sən qorxma, gəldik, gələli, Səninçün atıldıq daim irəli! Sağ qalanlar annələrə təsəlli, Şəhidlərin ruhu gülər, bismillah! Ey düşman, alnının yazısı qara, Öldürməz bizləri, vurduğun yara! Yolladığın qurşun ərməğan sana, O kirli alnını öpər, bismillah! Sən mərd olub dursan qarşımda əgər, Qudurğan saçmalı növbətin keçər, Bağlandığın topraq qanını içǝr, Yurdun olmaz sana siper, bismillah! Yurdumuzda bizə meydan oxuyan, Murdar cəmdəkləri murdar qoxuyan. Tək bir səslərini uzaqdan duyan, Düşmənimi zaman istər, bismillah! Yasamal, 1913, 16 iyul
Sayfa 181 - QanunKitabı okudu
·
132 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.