Gönderi

Böyük Aqşinin Balaca Aqşinə yazdığı şeir
Aqşin Evrən
Aqşin Evrən
…Əllərinə "Ana" və "Ata" yazıb savaşa gedənlər itirdilər əllərini, Yəni təkcə əlləri yox, ataları, anaları da yaralandı. Müharibələrə görə peyda oldu okeanlar dənizlər - Torpaq insanları bir-birindən uzaq tutmaqçün aralandı. Qəribədir: Torpağın üstündə döyüşənlər, altında qonşu olurlar. Bütün güllər dərilir, dost, bütün güllər dərilir Ancaq ən birinci məzar üstə qoyulanlar solurlar. Eyni ağacdan düzəlir tar və silah qundağı, Eyni yerdən şikəst qalır anaların qucağı. ...bir də kəpənək sanar raketləri gül-çiçək. Görən hansı səs çıxar pianonun dillərini güllələsək? Yer kürəsinə baxıram… Zaman kimyəvi dərmanların üstünə yazır: "Uşaqların əlinin çatmadığı yerə qoyun" Göz yaşları içində pıçıldayır doktor: "Uşaqları kimyəvi raketlərin çatmadığı yerə qoyun".
·
66 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.