Gönderi

Məhəmməd yorumladı.
Hansı sahədə işləmək istədiyinizi, potensialınız nə olduğunu necə anladınız? Son zamanlar çox düşünürəm bu sualı.
·
309 görüntüleme
Məhəmməd okurunun profil resmi
Öne Çıkan Yorum
Əslində məncə bu mövzuda düstur çox sadədir: sıxılmayacağınız, həzz aldığınız işi edin. Nəzərə alanda ki, təbiət olaraq insan kimi bəzən sevdiyimiz işləri görməktən belə sıxıla bilirik. Müəyyən təkrarlardan sonra sevdiyimiz həmin iş belə artıq bizə maraqsız gəlməyə başlayır. Belə olan halda sevmədiyimiz işlə məşğul olduğumuz zaman həyatımızın zindana çevriləcəyi qaçınılmazdır. Təbii ki, bəzi insanlar özlərinə sıxıcı gələn bu işlərin arxasına müəyyən məqsədlər yükləyirlər - pul, vəzifə qazanmaq və s. Lakin məncə müəyyən zaman sonra bu insanlar da artıq irəli gedə bilmirlər. Mən 5 yaxud 6-cı sinifdən artıq peşəmi seçmişdim(O zamanlar IT-nin bu qədər şaxəli olduğunu bilmirdim təbii ki) və özümdəki istedadı kəşf etmişdim. Hansı ki buna "Searching" bacarığı deyirlər. Daha o zamanlardan komputerdə hər hansı bir problem yaranan zaman araya II şəxsi qatmadan özüm axtarıb, həll etməyə çalışırdım. Günlərimi verirdim, amma yenə də əl çəkmirdim deyək və üstəlik bu məni sıxmırdıda. VI sinifdə oxuyan zaman atama "Məni məşğələlərdən falan çıxart, mən dərs oxumuyacam, komputer öyrənmək istəyirəm" demişdim :d Bugünkü gündə də yəqin ki çox şeyi bilmirəm, lakin həmin o bacarığım sayəsində 1 gün/həftə/ay/il də olsa onu araştırıb öyrənə biləcəyimdən və bu müddət ərzində heç sıxılmayacağımdan əminəm və şübhə duymuram(dəfələrlə sınaqdan keçirmişəm çünki). Məncə, bu sualı düşünmək yerinə artıq hərəkətə keçin. Özünüzü və marağınızı o işdə yoxlayın. Əminəm ki, sonunda özünüzdəki qabiliyyəti kəşf edəcəksiniz. Hər insan hər hansısa bir sahədə daha yatqındır çünki.
1 önceki yanıtı göster
Aytən Hacıyeva okurunun profil resmi
Dəyərli məlumatınız üçün təşəkkür edirəm.Buna oxşar fikirləri başqa birisi də demişdi, məndə sevdiyim sahələrdə özümü təcrübə etmə qərarına gəldim sadəcə şərait elədir ki, həmişə alınmır.Hal-hazırda qərar verməyim lazımdı həyatımı fərqli istiqamətə çevirmək üçün sadəcə şübhələr var beynimdə.İnşaAllah doğru qərara gələ bilərəm, duanıza talibəm. Bu arada həqiqətən təbrik edirəm, o yaşlarda atanıza öz fikirlərinizi deyə bilmisiniz və nə istədiyinizin fərqində olmusunuz, mən unini bitirəndən sonra fərqinə vardım ki, uni oxumaq istəmirmişəm:(
4 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.