Leyla, 16 yaşlı Bosniyalı bir qızın tükürpərdici həyat hekayəsi...
Əvvəla onu deyim ki, əsərin mövzusu demək olar Min Möhtəşəm Günəş, Relslər Üzərinə Uzanmış Adam, Mənim Payım əsərləri ilə səsləşir.
Qeyd etdiyim əsərləri bəlkə daha əvvəl fərqli bir yaş dövründə oxuduğum üçündür ki, Leyla-dan eyni təsiri ala bilmədim.
Bəlkə də tərcümə bəzi hissləri ifadəyə kifayət etməyib...
Hər bir halda müharibənin dəhşət doğuran üzünü açmağa kifayət edəcək ikrah dolu bir əsər olduğu danılmazdır.