Ey, gözəl insan,
Dərk elə hər an.
Səni torpaqdan,
Xəlq edib yoxdan,
Uca Yaradan.
Ey, gözəl insan,
Yaşlı və cavan.
Həyat – bir dastan,
Dünya – bir məkan.
Bu, sənə imkan –
İxtiyarlısan!
Ey, gözəl insan,
Rəbbin – Mehriban,
Çox Bağışlayan,
Biz Ona qurban!
Müqəddəs Quran,
Enib səmadan
Sənə Allahdan.
Şükr elə hər an!
Alıntı