Gönderi

1008 syf.
10/10 puan verdi
·
27 günde okudu
Dostoyevskidən oxuduğum növbəti roman idi və bu anlamda Dostoyevski dəsti xəttinə az da olsa, aşina olduğumu deyə bilərəm. Əslində, oxuduqca sujet, mövzu, qəhrəmanlar olaraq digər romanların bu və ya digər dərəcədə təkrarlandığını hiss elədim. Ancaq qoyduğu mövzular, yazı tərzi, insan psixologiyasını analiz etməsi və oxucunu düşündürüb çıxmaza salması, hadisələrə yanaşması baxımından yenə də möhtəşəm bir əsər oxudum... Əsər bitsə də, ağlımda, hisslərimdə cavablaya bilmədiyim neçə - neçə suallar qaldı, məni uzun müddət düşündürəcək, beyin fırtınası yaşadacaq suallar... Yəqin ki bundan sonra payızı bu əsərlə xatırlayacam, hər il növbəti payız fəsli təkrarlandıqca bu əsər gələcək ağlıma, yenə düşündürəcək, yenə suallar qoyacaq qarşıma... Ümid eləyirəm ki, gələn payıza qədər indi cavabsız qalan sualların heç olmasa birinə cavab tapa bilərəm... İvan, Dimirtri və Aleksey Karamazov qardaşlarının (eləcə də, bu ailəylə əlaqəsi olan digər insanların, onların timsalında bütün həmin dövr insanlarının) həyatlarını, böyümə, tərbiyə alma mühitlərini, ataları Fyodor Karamazovun övladlarının həyatındakı rolu, qoyduğu izlərin qardaşların bütün həyatına necə təsir etdiyini bilmək, öyrənmək istəyirsinizsə, bu roman mütləq oxumalısınız...
Karamazov Kardeşler
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202335bin okunma
·
17 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.