Gönderi

Fetiş qarşı cinsdən qorxan və maskulin gücündən əmin olmayan kişilər üçün bu qorxuları məğlub etmək və özgüvən qazanmaq üçün bir vasitədir. Hadfildin fikrini dəstəkləyən bir nümunə də, aksesuarlara xüsusilə, qolbaqlara xüsusi maraq duyan və bundan şikayətlənərək gələn xəstə bir kişi ilə əlaqədardır. Əvvəllər anası yüngüləxlaqlı və oğluna qarşı laqeyd olmuşdu. Uşaq gecələr yuxuya getmədən əvvəl özünü çox bədbəxt hiss edirdi. Ancaq, bir gün anasının qolbağı ilə yatarkən xoşbəxt və rahat olduğunu hiss elədi. Bilərzik onun sakitliyini təmin edərək, hislərini susdururdu. Bir gün o, anasının masasından qolbağını oğurlamış və onu illərdir özündə saxlamışdı. Artıq yetkin olanda, cinsi əlaqədə olduğu qadınlar bilərzik taxdığı zaman böyük zövq aldığını anladı. Bu nümunə uşaqlıq dövründə fetişin mənşəyini izah edir və Hadfield deyir ki, bilərzik onun uşaqlıq illərində anasının yerinə keçmişdi. Uşağın qolbağı həm sakitləşdirən əşya, həm də seksual cəhətdən həyəcanverici bir əşya olaraq anladığını deyə bilərik. Çünki, özlərinə qayğı göstərilməyən uşaqlar göstərilənlərdən daha çox masturbasiya edirlər. Bu halda bilərzik həm sakitləşdirici bir element idi, həm də ereksiyasını təmin edərək qadın cinsi orqanın yerinə keçmişdi. Uşaqkən anasından sevgi görməmiş və laqeyd qalınmış uşaq, yetkinləşdikcə eşq həyatında böyük çətinliklərlə rastlaşır. Belə bir uşaq böyüyəndə qadınlardan qorxacaq və buna görə sevgi və məhəbbət görə bilməyəcəkdir ; Həm də qadınların ehtiyaclarını ödəməkdən qorxacaqdır. Heç təəccüblü deyil ki, belə bir adam özünü uşaqlıqdan sakitləşdirən və özünə güvənməyini təmin edən bir əşyaya meyil göstərsin; Bu nümunədə bilərziyi taxan qadın kişi üçün yaxınlaşa biləcəyi və güvənə biləcəyi qadındır.
·
21 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.