Gönderi

276 syf.
9/10 puan verdi
·
Beğendi
Əsl qışda oxunası, həqiqətən buz kimi təsir bağışlayan bu romanı oxuyarkən, sanki İMDb xalı 9 olan bir film izləmiş kimi hiss edirdim özümü (əlbətdə, kitabdakı bəzi orfoqrafik səhfləri çıxmaq şərtilə). Gerritsenin 8 kitabdan ibarət "Rizzoli&İsles" adlı seriyasının ən sonuncu kitabı "Buz Kimi" olsa da ilk kitabı "Cərrahdır". Buz kimi romanı yazarın ənənəsinə - triller janrına sadiq qalsa da ötürmək istədiyi mesajlar kitabı mənim üçün daha da unudulmaz və dəyərli etmişdi. Yazıçı bu kitabda "kor-koranə" inanc mövzusuna toxunur, ağılsızlıqla dinə yönəlməyin acınacaqlı sonunu göstərməyə çalışır. Və ortaya belə bir gözəl roman çıxır. Hətda kitabı oxuyarkən, özünü peyğəmbər kimi göstərərək ətrafına çoxlu sayda insanları din bayrağı altında yığmış Jim Jonesin 1978ci ildə Guyanada törətdiyi toplu qətliyamı xatırlatdı. Bu qətliyam haqında bədii filmlər, kitablar və youtubeda sənədli filmlər var, izləmək istəsəniz "#Jonestown qətliamı" başlığı altında axtarışa verib baxa bilərsiniz..
Buz Gibi Soğuk
Buz Gibi SoğukTess Gerritsen · Doğan Kitap · 20123,384 okunma
·
22 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.