Gönderi

68 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
- S p o i l e r -
Fikrimcə, Zweigin ən axıcı kitablarından birisi idi. Bunun bir neçə səbəbi var. Birincisi, digərlərinə nisbətən daha qısadır. İkincisi, süjet yad deyil, bir qadının sevgisi üzərində qurulub. Mən sevginin gücünə, müqəddəsliyinə inanan biri olsam da, bir qızın uşaq yaşlardan xəstəlikli dərəcədə birinə bağlı qalmasının, ömrünü həsr etməsinin romantik bir yanı olduğunu düşünmürəm. Pərdə arxasında qalan obrazlar və hekayələr vardı, məsələn qızından sevgisini əksik etmiş bir ana, necə vəfat etdiyi bəlli olmayan bir ata. Bu balaca qızın zəngin, kübar, yaraşıqlı qapı qonşusuna maraq göstərməsindən normal nə ola bilərdi ki? Lakin qadının illərcə sevdiyi adamdan qaçması və tanımayacağını bildiyi halda israrla bunu gözləməsi, adamın da birlikdə bu qədər şey yaşadığı qadından adını soruşmağa belə tənəzzül etməməsi anlamsız göründü mənə. Bəlkə də, qadının sevgisini görəndə belə bir məktubun sizə ünvanlanmasını arzulayardınız, bəlkə də tam əksi, heç yaşanmamış keçmişə görə vicdan əzabı çəkmək istəməzdiniz. Məncə, bu sevgi bu deyil, hətta həddən artıq bağlanmaq deyərdim. Çünki sevgi yaralamaz, yaraları sarar, sağaldar. Əksi baş verirsə, bu eşqdir, eşq isə həmişə nifrətlə yan-yana dayanıb. Ona görə bu qədər təzadlı hissləri aşiq olduğumuz halda keçiririk, sonradan nifrətə çevrilə bilir. Qadın bu adama aşiqdir demirəm, lakin sevir demək də doğru deyil. Sadəcə olaraq, öz həyatında bir məna axtarmaqdan vaz keçib və bütün mənanı bir nəfərə yükləyərək onun üçün yaşayıb. Ümumiyyətlə, bu cür bağlılığa romantik yanaşmaq yerinə, nə qədər zəhərli bir münasibət olduğunu görmək lazımdır. Heç münasibət də deməzdim, qadın hər şeyi tək tərəfli, öz içərisində yaşayır. Heç yerə sığdıra bilmədiyi hissləri ilə daxildən öz-özünü tükədir. Əslində bir neçə sualla əsərin bütün axarını dəyişə biləcək məqamlara toxunmaq olar. Vaxtında anası 13 yaşlı qızcığazla maraqlansaydı, ona sevgi göstərsəydi, yeni qonşuya qarşı duyduqları heyranlıqdan o tərəfə keçərdimi? O adamdan gözlədiyi sevgini öz ailəsindən görsəydi, ona bu qədər bağlanardımı?
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2022227bin okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.