9/10
·351 syf.··
Beğendi
·
2024 3. kitabı
·
25 saatte okudu
·
Okunma: 13 Ocak 2024 20:15
Qarlı bir günden salamlar İnsan yaşadığı çətinliklərine göre öz vicdanın nə qədərini itirər.? Sonuncu ölən ümidlərdir romanını oxuyarken özüme bu sual verdim. Qınamaq, in səhv cixartmaq doğru yolu göstermek nə qədər çox asandır,gel bu yolu sen keç deyilse səhv etmədən gedə bilərmi ? İnsanlar neticeye baxarlar .Bəs qadın olduqda ? "Məqsəd vasitələri doğrultur" Qadın üçündə doğrudur ? Nailə və İlqar. Nailəni bir xəyalı var idi,Oda böyük bir moda evi açmaq . Bu xəyala catmagi asnat yoldan istedi . Araya sevgi girdi . Her şey dəyişdi . Yaşadıqlarına baxmayaraq ümidini itirməməsi məni heyrətləndirdi. Güclü bir qadın obrazı göster deseler Nailəni göstererdim? - Xeyir göstermezdim. Ümid bitərmi deseler - Nailənin ümidini göstererdim. Real heyatdan götürülmüş bir hekayə. İlqar və Nailə Bir qız uşağı üçün ata sevgisi ata dayağı çox gərəkdi . Nailə kiçik yaşında atanın sevgisini dayağıni atası tərəfindən götürüldü . Böyüdü evin bütün yükünü anasının bacısının qardaşının qayğılari onun omuzuna düşdü. Sevdi vəfasız çıxdı. Köməksiz qaldı, heç kim elimi uzatmadi . Fahişə oldu . Bunlara baxmayaraq doğru yolu tapdı . ( Ardı olan " sonuncu mektub" romanını oxumamışam ) İlqar bir sözlə papa mama uşağı.İsti sudan soyuq suya elini vurmaz . Ver yeyim , ört yatım . Öz rahatlığı uğruna sevdiyi qızı atdı . Sevgisi uğrunda mübarize etmeye qorxdu . Məqsədsiz , iradesiz bir insan. Nailə ile birlikdə olsaydı xoşbəxt olardımı ? Nailə bu həyat yolunda öz vicdanın yarısını itirdi. İlqar və saideden qisas almaq uğrunda 3 uşağı ne qəder sözü onların maddi cehetden her köməkliyi etsede anasız qoydu. Ana sevgisinin yerini heç kim heç nə verə bilməz .
1000Kitap
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,292 okunma
8/10
·80 syf.··
Beğendi
·
2024 3. kitabı
“Siz soruşa bilərsiniz:mən xilas olacağıma çoxmu əmin idim?Onda mən də sizdən soruşuram:canım qədər sevdiyim bir insan üstümə tapança çəkəndən sonra yaşamaq nəyimə gərəkdi?““Niyə susurdum? İstəyirdim ki, özü öyrənsin, mənsiz öyrənsin. Amma pis adamların söz-söhbətindən yox, məni özü dərk etsin, başa düşsün”
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 202010,9bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Ruhun da özünə aid kitabları olarmış...
9/10
·400 syf.··
Beğendi
·
2021 82. kitabı
·
5 günde okudu
·
Okunma: 13 Ağustos 2021 18:25
youtu.be/yXV3PkT8-cA - Esin Engenin bəstəsi sədaları altında "Çalıquşu"nu oxumaq .... Ən gözəl ikililərdən birinə aid edilməsi gərəkdi))) Həm musiqi həm də kitab insanın ruhunu oxşayır. Mənim üçün qəlbə toxunacaq kitablar sırasına daxil oldu "Çalıquşu". Əsərin əksər hissəsini Çalıquşunun yəni Fəridənin həyat gündəliyində yazdığı xatirələr təşkil edir. Bu xatirələr oxucunu Fəridəyə aşiq edir.Fəridə həyatın hər acısına gülərək yanaşmağı bacaran kimsəyə zəifliyini göstərməyən güclü qadın obrazıdır. "Romançılar qəmli adamı çiyinləri çökmüş, gözləri sönmüş,hərəkətsiz və səssiz bir insan kimi, daha doğrusu miskin bir şəkildə təsvir edirlər.Məndə isə həmişə bunun əksi olur.Nə zaman dərin bir dərdə düşsəm, gözlərim parlar, tövr və hərəkətlərim nəşəli olar, özüm coşar-daşaram. Dünya vecimə gəlməz, qəhqəhə çəkib gülərəm, cürbəcür dəcəllik və dəlilik edərəm.Bununla bərabər elə sanıram ki, yaxın adamı olmayan və ürəyini başqalarına aça bilməyən adamlar üçün bu, daha yaxşı bir şeydir." ( kitabdan) Öz eşqinə sadiqliyi,xeyirxahlığı Çalıquşuya qarşı dərin sevgi oyadır qəlblərdə. Gündəliyinin sonu belə bitir: Bütün olan-keçən şeylərə baxmayaraq, bu vaxta qədər sən yenə mənimdin, mən bütün ruhumla sənin... Daha sonra tale Fəridə ilə Kamranı yenidən qarşılaşdırır. Kitab haqda maraqlı faktla da qarşılaşdım.Belə ki, Atatürk yanında həmişə Rəşad Nuri Gültəkinin "Çalıquşu" kitabını gəzdirir və gündə ən azı iki səhifə oxuyurmuş. Xoş mütaliələr.
1000Kitap
ÇalıquşuReşat Nuri Güntekin · Kitab Klubu Nəşriyyat · 2006123,5bin okunma
Puan vermedi·480 syf.··
Beğendi
·
2021 21. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Mayıs 2021 20:34
Chris Carter'in fövqəltəbii gücündən ilham alaraq, ərsəyə gətirdiyi 'Kanlı selfie' romanı (dedektif/polisiye) gözləntimin çox üzərində oldu. Əslən kitab seriya şəklində yayımlanmış olsa da hər kitabda fərqli fərqli sirli cinayətlərdən söz edilir. Kanlı selfie hekayələrin başlanğıcı deyil əslində davamı idi. Baş qəhrəmanlarımız dedektiv Robert Hunter və qarşısında görünməz sədlə dayanan qatil idi. Hunteri digər dedektivlərdən ayıran yönü hədəfinin psixologiyasını empati quraraq analiz etməsidir. Ancaq bu dəfə Hunterin qarşısında özünün də qeyd etmiş olduğu IQ səviyyəsi aşağı deyil də əksinə həddən artıq hiyləgər cinayətkar vardır. İşlənən cinayətin pərdəarxasını görmək üçün dəlilləri izləmək gərəkdi, bəs ortada dəlil yoxsa necə? Haqqında ürəkdolusu danışmaq istədiyim kitabların siyahısına daxil olan Kanlı selfie'nin Kitab incələməsini yarım qoyduğumu düşünə bilərsiniz ancaq həyəcanın digər yarısını da siz mütaliə edərkən yaşayın istəyirəm
Kanlı SelfieChris Carter · Arkadya Yayınları · 2019417 okunma