Həyatın qanunu yazılıb belə,
Yoluna düşdünsə, keçməsən, olmur.
Ömür badəsinə saqi nə süszə,
Lap zəhər də olsa, içməsən olmur.
Gül var həm tikandı, həmi ətirdi,
Kimdən can apardı, kimə gətirdi.
Taleyin əgər ki səpdi, bitirdi,
Qəmin tarlasını biçməsən, olmur.