Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gülümsəmək hər kəsə yaraşır,ən çox da sənə:)
Kim nə deyir desin, aynanın qarşısında dur və gülümsə. Dişlərinə, kilona, sızanaqlarına ən əsası özünə küsmə. Çıx, gəz. Sev, ağla. Hər duyğunu hiss elə. Açıq sözlü ol, əsla kiminsə qəlbini qırma. Ən çox özünə dəyər ver, başqalarını deyil özünü sahiblən. Evə tıxılıb qalma, həyat pəncərədən baxdiğinda gördüyün yerdədi. Anandan və ya atandan nifrət eləmə, bil ki ən çox onlar dəyər verir sənə. Onlara hirslənmək onlardan uzaqlaşmaq yerinə onları xoşbəxt etməyə çalış. Unutma ki onlar da bir gün gedəcək. Sevdiyin insanlara sevdiyini hissetdir, onlara onları nə qədər sevdiyini de. Sabah bəlkə də çox gec olabilər. Keçmişdə bağlı qalma unut getsin, onsuz da keçmişdi və nəyisə dəyişdirə bilməzsən. Hər zaman gələcəyə bax. Xəyallar qur. Xəyallarından kimsə üçün əsla vazkeçmə. Enştein'ə də axmaq demişdilər, atomu parçalayıb əllərinə verdi. Heç kimə yuxarıdan aşağı baxma. Bil ki onların da həyatında çətinliklər var. Heç kimi böyütmə gözündə. Yeni insanlarla tanış ol məsələn, onların hekayələrini dinlə. Özünə güvən, kimsə səndən üstün deyil. Ola bilər bəlkə bərbat bir həyatın var ya da bəlkə özünü yalnız hissedirsən ama unutma ki sənin kimi milyonlarca insan var dünyada. Səni dəyərsiz hissetdirən insanları vecinə alma. Səni tanımırlar, sən qüsurlarınla mükəmməlsən. Səndən bir dənə daha yoxdu bu dünyada.İndi qaldır o başını və gülümsə.
Sən də anlayırsan millətin halın Atılan siqaret kötüklərindən...
Reklam
Mən elə bilirdim sevgi dediyim Keçəri bir hissdir, ötəri həvəs… Mən heç siqareti ata bilmədim, Səni öz fikrimdən necə atım bəs?
Əbədi kim var ki, hamı qonaqdı Nə həsrətə əyil, nə qəmə əyil Nə olsun sonuncu dayanacaqdı, Qatar axrıncı qatar ki deyil. Demə ki, o getdi yol çəkir gözüm, Demə ki, xoşbəxtlik geri qalandı. Ağrı bir tərəfli olmur, əzizim, Elə unudan da unudulandı. Üfür ürəyinin yanğısını soyut, Bu cavan bu gözəl ömrünə qıyma. Onu bu gün unut lap indi unut Bu günün işini sabaha qoyma Güvən inadına, güvən ağlına, Bir azca toparlan düzələcəksən. Kürək söykəməyin nə faydası var Ayağın torpaqdan üzüləcəksə. Səni unudana könül bağlama Darıxma döyəcək qapını kimsə Gedənin dalınca baxıb ağlama Gedənin dalınca baxıb gülümsə. ~Firdovsi Rəsul
Güli-behiştdə naz edər saçından aldığım ətir Oxunmamış kitab kimi maraqlısan sətir-sətir Gülümsə ruhumun gülü,gülüşlərinlə yaz gətir Gülüşlərin çiçəkləsin bahar gələndə bağlara
Vüqar Biləcəri
Vüqar Biləcəri
Qaşqabağını sallama, gülümsə. Gülmək də pulla deyil ki.
Sayfa 213Kitabı okudu
Reklam
Olar səni qucaqlayım?
Gedirsən məni də apar! Gəlim saçını darayım. Bir də nə vaxt əlim çatar? Olar Səni qucaqlayım? Oturum səninlə bir az, Gələcəyi varaqlayım. Fonda bir bayatı-şiraz,
Gülümsə, ruhumun gülü, Gülüşlərinlə yaz gətir. Gülüşlərin çiçəkləsin Bahar gələndə bağlara. Tutar vəfalı yar olan Əlin vəfalı aşiqin. Əyilməyən vüqarı var Düz iddialı aşiqin. Bu eşq həmin o eşqidir İki bəlalı aşiqin. Birin qaçırtdı çöllərə, Birin çıxartdı dağlara.
Sayfa 73 - Parlaq İmzalarKitabı okudu
Yaşamaq
Gözümdə büsbütün aləm məzara bənzərkən, Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya. Könül xərabəsi, göz yaşlarında inlərkən, Gülər dumanlı fəzalarda bir mələksima. Uçar... uçar... uzaşar sadə bir gülümsəyərək, Aşar üfüqləri, varlıq xiyalı bоynunda. Itər... gedər... genə ruhum, axan şu yıldız tək, Vərəmli bir gecə təm iztirabı qоynunda. Sönər... susar... qara bir yоxluğun sоyuq nəfəsi, Zavallı fikrimi sarsıb da dоndırar... yatırır. Sоnunda bir qоcaman bayquşun zəhərli səsi, Sönük xiyalimə min dürlü sоrğular gətirir. Neçin, neçin yaşamaq? Ölməmək! nədir məna? Neçin şu dörd yanı sarmış əzabə bağlanmaq? Neçin əzilmək, üzülmək, iməkləmək bica? Neçin həyatə səbəbsiz dözüb ayaqlanmaq? Nə var yalanla qızarmış şu cani yüzlərdə, Nə var riyayi gülümsər şu mavi gözlərdə? Nədir şu kölgəli, dоlmuş yalançı qəhqəhələr? Nə var şu zəhər bulaşmış səfalı sözlərdə? Deməm ki, gəl qucum! Hicran həyat ləzzətidir, Uzaq, Uzaq, gözüm! Ancaq məraqə yax bəni sən. Yaxınlığın genə heçlik, gülümsə göylərdən Yaşatmaq! Istəsən ancaq uzaq, uzaq bəndən! Nəsə? Budur yaşadan... rəf оlunmayınca məraq, Könül deyir yaşamaq! Bir vüsaladək yaşamaq!
Bu sevgidən sən qorxursan, eybi yox, Mən sevərəm ikimizin yerinə. Bu eşq üçün bir gün dara çəksələr, Mən gedərəm ikimizin yerinə… Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı, yaman fərqini. Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə… Gül deyirəm, gül qəlbinə dəyirəm, Mən səninçün Tanrı yazan şeirəm. Dodaqları inciməsin deyirəm, Mən öpərəm ikimizin yerinə... Taleyimdə sən açılan gülümsən, Süzüb qara gözlərini gülümsə. Bu sevginin sonu əgər ölümsə, Mən ölərəm ikimizin yerinə...
Nüsret Kesemenli
Nüsret Kesemenli
248 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.