Cocoa Puff

Cocoa Puff
@gunception
translator/interpreter
29 okur puanı
Aralık 2020 tarihinde katıldı
6/10
·256 syf.··
Beğendi
·
2023 22. kitabı
Uzun müddətdir, Şerlok oxumurdum. Arada Aqata Kristi, Çingiz Abdullayev kimi detektiv yazıçılarının əsərlərini oxuyandan sonra anladım ki, yeniyetmə vaxtı "qatı Şerlok fanatı olmağım" əbəs yerə imiş. Səbəb? Cəmi 30-40 səhifədən ibarət olur və hadisələrin səbəbi, Şerlokun necə həmin nəticəyə gəlməsi kifayət qədər izah olunmur. Filmdə daha yaxşıdır, çünki ətraflı verilir. Yenə də Aqata Kristinin kitablarını üstün hesab edirəm, çünki Erkül Püerro sadəcə əlində dəqiq ipucular olmayanda bütün gününü təkbaşına qalıb düşünməklə keçirmir, çünki onsuzda hadisələr yavaş-yavaş cərəyan edir və həll öz yolunu tapır. Adi insan məsələləri həll edə bilərdimi? Xeyr. Şerlok, əlbəttə ki, böyük dahidir. Ona çatan olmaz. Çünki onun etdiyi sadəcə hadisələrin cərəyan etməsini gözləmək yox, həm də ağlını, təcrübəsini işə salıb bütün ehtimalları bir-bir nəzərdən keçirmək və ətrafını diqqətlə müşahidə etməkdir. Onun işi daha yüksək qiymətləndirilməlidir, çünki adamın bilmədiyi heç nə yoxdur və hədsiz kələkbazdır. Şerlok personajını qələmə alan Artur Konan Doyl öz hekayələri üçün çox maraqlı hadisələr seçmiş, baş verən hadisələri yalnız cinayətlərlə məhdudlaşdırmamışdır ki, onun detektiv əsərlərində ən çox bəyəndiyim cəhət budur. Şerloka dair çəkilmiş serial hadisələri daha geniş prizmaya aparmış, ssenari, keçmişlə müasir dövrün harmoniyası və obrazları ifa edən aktyorların kombinasiyası serialı sevməyimə, hətta dəfələrlə baxmağıma səbəb olmuşdur. (Aradan bir qədər fasilə verəndən sonra yenidən başlamaq istəyərəm təbiiki) Hekayələrin qısa olması nə qədər zövqümü oxşamasa da, yenə də detektiv lazım olanda Şerlok hekayələri oxuyar və Şerlok seriyamı tamamlayacam.
Roman
Sherlock Holmes MacəralarıArthur Conan Doyle · Qanun · 2016231 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
10/10
·256 syf.··
2023 21. kitabı
Deməli, məsələ nədir... Birinci dünya müharibəsinə dair bundan 3 il əvvəl Ernest Heminqueyin "Əlvida Silah" əsərini oxumuşdum deyə, həmin mövzuda başqa bir kitab oxuyanda bir qədər təkrara düşdüyümü hiss elədim. Birinci dünya müharibəsi barədə kitab oxumaq istəyənlərə tövsiyə kimi, iki kitabdan birini oxumağı deyərdim. Aradan 3 il keçib, yenə də həmin təsiri aldım. Hər iki kitab çox gözəl tərcümə olunub və axıcıdır, yəni Azərbaycan dilində ürək rahatlığı ilə oxumaq olar. Birinci dünya müharibəsinə dair çox filmlərə baxmısınızsa kitabı oxumazdan əvvəl fasilə versəniz yaxşı olar. Sonra hər şey təkrar kimi gəlir. İki kitab da eyni mövzudadır. "Müharibə olmamalı idi. Müharibə neçə - neçə insanın həyatını məhv etdi. Oradan sağ qayıdan insanlar da ölənlərə bərabərdir." Bu fikirlərlə tamamilə razıyam. Humanizm nöqteyi-nəzərdən yazılması iki kitabı da bəyənməyimə səbəb oldu. Əlbəttə Ernest bir qədər məsələni çox uzadıb, gənclik romanına çevirib, araya qadınlar, içki, cavanlıq kimi mövzuları da salıb. Qınamaq olmur, çünki 18-20 yaşındakı gənci (özünü) daha başqa cür təsvir edə bilməzdi. Remark isə məsələni kökündən vurub. İlk öncə eyni üslubda başlamış, sonradan isə oxucunu dəhşətin tam ortasında hiss etdirməyi bacarmışdır. Daha realist olduğu üçün, seçə bilsəydim yəqin ki, ilk öncə Remarkın kitabını oxuyardım amma İlber Ortaylının sözü burada yadıma düşür ki, bəzi kitabları vaxtında oxumaq yaxşıdır. Hesab edirəm ki, "Qərb cəbhəsində təbəddülat yoxdur" kitabını 3 il əvvəl yox, məhz indi oxumağım əla təsadüfdür.
Düşünce
Qərb Cəbhəsində Təbəddülat YoxdurErich Maria Remarque · Qanun Nəşriyyatı · 20144,041 okunma
8/10
·96 syf.··
Beğendi
·
2021 27. kitabı
·
25 saatte okudu
·
Okunma: 09 Kasım 2021 19:23
"İlyas" hekayəsində çox çalışqan olan, hamıdan tez durub, hamıdan gec yatıb, bütün gününü işləyən şəxs olan İlyasın həyatından danışır. İlyas belə edərək yoxsul ikən zəngin olur. Böyük evi, geniş torpaqları, çoxlu heyvan-qarası olsa da, uşaqlarının xeyrini görə bilmir. Tək dərdi evinə gələn qonaqları yaxşı qarşılamaq, hamıya kömək etmək, heç kimin şikayət etməsinə izn verməmək idi. Lakin, digər yoxsul ailələr onun var-dövlətini qısqanırdı. Bəzən istəmədən, çox vaxt da qəsdən qonşuların heyvanları onun həyətinə girir, məhsullarını məhv edir, qonşuları onun atlarını oğurlayır. Beləcə İlyasın var-dövləti günü-gündən azalır. Nəhayət, bir gün yoxsul həyatına geri qayıdır. 70 yaşında həyat yoldaşı ilə birgə ac qalmamaq üçün qonşuların evində qulluqçuluğa başlayır. Xeyirxah qonşusu Məhəmməd Şah onların bu halına acıyır və öz evində onlara iş verir. Beləcə İlyas və xanımı Məhəmməd Şah adlı nə kasıb, nə varlı olan qonşularının evində həm qulluqçuluq edir, həm də heyvan qarasına baxmağa başladı. Bir müddət sonra Məhəmməd Şahın evinə qonaq gəlir, söhbət İlyasdan düşür. İlyas və xanımını çağırıb onlara əvvəlki ilə indiki həyatları arasında nə fərq olduğunu soruşanda, onlar çox maraqlı cavab verirlər. Xanımı deyir: Biz varlı olanda heç xoşbəxt deyildik, özümüzə, dua etməyə vaxtımız yox idi. Ancaq mal-mülkü düşünər, quzuları qoyunlardan, qoyunları canavarlardan qorumağa çalışardıq. Gələn qonağın narazı getməməsi üçün əlimizdən gələni edər, bütün var-dövlətimizi qonağın önünə sərərdik. Bundan başqa, həm də ərimlə tez-tez mübahisə edər, heç nədə sözümüz düz gəlməzdi. Bir rahatlıq tapa bilməzdik. Amma indi səhərlər durur, bir birimizə sevgi ilə yanaşır, halımıza şükür edirik. 50 ildir axtardığımız xoşbəxtliyi indi nəhayət tapa bildik".
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2020233,9bin okunma
9/10
·376 syf.··
Beğendi
·
2021 21. kitabı
Kitabın baş qəhrəmanında özümü tapdım. Bir çox hadisələr mənim həyatımla oxşarlıq təşkil edir, sadəcə daha(daha) ağır forması. Son illərdə mən də Villi kimi istərdim ki, xoşbəxt ailəm olsun, ancaq onları sevim, ancaq onlarla dərdimi bölüşüm. Realda isə sadəcə bir-birini sevməyən 2 gəncin qurduğu ailə və bunlardan heç razı olmayan mən varam. Əsər çox mənalı idi, istənilən qədər mənalı/ həyati əhəmiyyətə sahib sitatlar var. İnsan bəzən çox əmin ola bilir öz hislərindən. Əmin olur ki, bütün insanlar pisdir, heç kim qurtarılmağa layiq deyil, bu həyatda ancaq sən varsan. Bu kitab da mənim bu düşüncələrimi bir qədər dəyişdi. Bu həyatda(şəhərdə/ ölkədə/dünyada) başqaları da var. Bülbülü öldürmək kitabında Cin Luizanın atası Attikusun da dediyi kimi: "İtigöz, adamları axırdan-axıra tanıyanda başa düşürsünən ki, hamı yaxşıdır".
İnsan ve Duygular
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,491 okunma
8/10
·240 syf.··
2021 17. kitabı
İlk öncə adı sevgi hekayəsi kimi başlayan kitab oxuduqca məni daha da əsəbləşdirir, iki sevgilinin bir-birinə qarşı hisslərinin bu qədər adi və zəif olması, verdikləri qərarlar, danışdıqları söhbətlər hamısı əsəbimə toxunur və məndə kitabı kənara atmaq istəyi yaradırdı. Suzan çox özünübəyənmiş və ancaq öz istəkləri üçün yaşayan eqoist, Filip isə Suzana qarşı sevgisini uzun müddət davam etdirməyə gücü çatmayacaq qədər aciz idi. (Düzdür o, neçə illər gözlədi, Suzan özü də belə olmasına şərait yaratdı) Hekayəyə Mariya daxil olduqdan sonra kitabın mövzusu daha mənalı hala düşdü, çünki istədiyim sevgini Mariyada görə bildim. Onun illər boyu Filip üçün çəkdiyi əziyyətlər, qurban verdikləri, və üstəlik Filippin hələ də Suzanş sevdiyini bilə-bilə onunla ailə qurması fədakarlıq hesab edilə bilər: özünü, sevgisini və işini fəda etməsi. İllər sonra gələn bir məktubla bütün hadisələr dəyişilir və onlar tamam başqa bir həyat tərzinə öyrəşməyə məcbur olurlar. Bu proses özü də çox ağrılı prosesdir, bu yolda ən çox əziyyət çəkən yenə Mariya oldu. Qızın o cür hərəkətləri başadüşülən idi, nə də olsa Suzanın qızıdır. Lakin, ondan daha ağıllı və daha qayğıkeş. Mariya onu bir az da olsun dəyişə bildi, onda daha humanist xarakter formalaşdıra bildi. Kitabın ən ağır cümləsi Filippin Suzana dediyi "Bütün bunlar niyə başımıza gəldi, Suzan?" cümləsi idi. Filip hələ də onu sevirdi... Suzan obrazından anladığım həyatda bu qədər eqoist olmaq lazım deyil. O, Filippə qarşı daha mərhəmətli olmalı və onunla yolunu ayırmalı idi. Yanlız elədə Filip daha xoşbəxt olar və çəkdiyi ağrıları çəkməzdi.
İnsan ve Duygular
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014791 okunma