"Sevinirəm ki,nə yaxşı,bu şəhərdə yoxsan...Hər evdən çıxanda səni görmək ümidi ilə çıxıb adamlar arasında itiyi itmiş kimi vurnuxub sonra məyus-məyus evə dönmürəm.Sənə bənzəyən insanları görəndə ürəyim quş kimi çırpınmır.Kiçik təsadüflərə böyük ümidlər edib sən yaşadığın əraziyə,sən işləyən dükana yolumu salmıram.Və nəhayət,nə yaxşı,bu şəhərdə yoxsan,heç olmasa sənsizliyin məntiqli açıqlaması var ürəyimdə!.."