"Sevinirəm ki,nə yaxşı,bu şəhərdə yoxsan...Hər evdən çıxanda səni görmək ümidi ilə çıxıb adamlar arasında itiyi itmiş kimi vurnuxub sonra məyus-məyus evə dönmürəm.Sənə bənzəyən insanları görəndə ürəyim quş kimi çırpınmır.Kiçik təsadüflərə böyük ümidlər edib sən yaşadığın əraziyə,sən işləyən dükana yolumu salmıram.Və nəhayət,nə yaxşı,bu şəhərdə yoxsan,heç olmasa sənsizliyin məntiqli açıqlaması var ürəyimdə!.."
"Həyatı belə anlayıram ki,yolumuza çıxan insanlar səbəbsiz deyil.Bəziləri bizə dərs vermək üçün,bəziləri bizim dərs verməyimiz üçün,bəziləri bizə yardım etmək üçün,bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar.Bəzən hamısı bir adamda cəm olur.Gərək nə olursa-olsun onu başqaları ilə səhv salmayaq."