İnsanlara "həyatımıza girmiş müəllimlər" kimi yanaşmaq haqsızlıqdır. Çünki insanların həyatımızdakı rolu bizə nələrsə öyrədib getməkdən ibarət deyil. Bu cür yanaşma individuallıq konseptini gücləndirir və başqalarını hiss edə bilmirik. Məncə, insan olmağın ən əsas dəyərlərindən biri başqalarının da özümüz kimi insan olduğunun fərqinə varmaqdır. Hətta deyərdim ki, insanı digər bütün canlılardan fərqləndirən əsas amil şüurlu olması yox, empatetik olmasıdır. Biz başqalarını hiss edə bildiyimiz qədər insanıq. Bir ideologiyada radikal olmaq lazımdırsa, bu məhz humanizm olmalı idi.
Rus dilində belə bir cümlə görmüşdüm: "Мы узнаем себя через других люди." Orijinal gördüyüm şəkildə çox bəyənmişdim deyə olduğu kimi yazmaq istədim. Biz başqa insanlar vasitəsilə özümüzü tanıyırıq. Bir-birimizin inikasından, əksindən başqa bir şey deyilik. Məktəbdə müəllimlərin şəstlə dediyi bir ifadə var idi, "Uşaq evin güzgüsüdür." Mən deyirəm, insan insanın güzgüsüdür. Hamımız bir-birimizə güzgü tuturuq, amma sadəcə görmək istəyən görür. Öz daxilinə baxıb özünü təhlil etməyin, introspektivliyin psixologiyada geniş yayılmış adı da "refleksiya"dır, indi fikir verirəm.
Maraqlıdır ki, öz daxilinə endiyin qədər qınaqlarından, tabularından azad olursan. Özünə o azadlığı verəndə, anlayışla yanaşanda insanlara qarşı da həssaslığın və anlayışın artır. Sanki özünlə barışanda bütün insanlıqla barışırsan və bəlkə də, daxili sakitlik elə budur.
Ona görə də, həyatımızdan keçənləri insan yox, funksiya kimi dərk etmək bizi yalnızlığa itələyir. Heç kim birinin həyatında onun böyüməsi və bir şeyləri anlaması üçün könüllü "müəllim" rolu oynamır. Hamı bir-birinə qarşılıqlı ümidlər bəsləyir, effort qoyur və hə, özündən nələrsə verir; Sevgisini, səmimiyyətini, vaxtını. Təbii ki, heç kim əbədi deyil – heç biz