9/10
·420 syf.··
2026 2. kitabı
İnsanı gözyaşlarına boğan o əsər... Düşünürəm ki,gənc qızlar bu əsəri oxumalıdı Fars ədəbiyyatı və qadın azadlığı ilə bağlı əsərlər hər zaman diqqətimi çəkib. Bu əsərin yeri isə tamam başqa oldu. Məsumə-heç vaxt özü ola bilmədi,bütün həyatını buna həsr etdi,amma bacarmadı,əvvəl atasının qızı,qardaşlarının bacısı,sonra Həmidin yoldaşı,uşaqlarının anası oldu. Amma heç vaxt əsl Məsumə ola bilmədi.Uşaqlıq yaşlarından oxumaq eşqi var idi içində,amma buna da icazə vermədilər. Yoldaşı buna icazə verdikdə isə dəstək olmadı. Həmidə bəzən çox əsəbləşdim. Xoşbəxt ailə qurmaq varkən həm öz həyatını,həm də ailəsinin həyatını bilərək oda atdı. Kitabdakı mənfi obrazlar- Əhməd,Mahmud,Əli isə məni bir başqa əsəbləşdirdi. Günümüzdə də bu cür insanlar çoxdu. Hərşeyi qınayıb gizlində isə qınadıqları şeyin 5 qat artığını edənlər...
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,412 okunma
Çəhrayı eynəyin digər üzü: narahat edici amma gerçək.
Puan vermedi·360 syf.·
2026 5. kitabı
Din, seks, cinayət, narkotik, şiddət... Bu kitabda hər şey var. "Hər şey” olsa da, mənim üçün ən çox hiss olunan şey “azlıq” idi. İnsanlıqdan az, mərhəmətdən az, ədalətdən az, dinin öz mahiyyətindən az… Sanki hər şeyin içi boşalmış, yalnız sərt forması qalmışdı. Hakan Günday bu “azlığı” sadəcə ad olaraq yox, hiss olaraq da oxucuya ötürür. İnsan münasibətlərində istilik azdır, seçim azdır, azadlıq azdır. Hətta elə bir nöqtəyə gəlir ki, insanın özü belə azalır  içində daşıdığı duyğular, inamlar və ümidlər yavaş-yavaş sönür. Bəlkə də romanın ən ağır tərəfi budur: hər şey mövcuddur, amma heç nə yetərli deyil. Hər şey var, amma heç nə tam deyil. Hakan Günday bu romanında bizi zorla cəmiyyətin görmək istəmədiyi yerlərə aparır. Təriqətlər, məcburi evliliklər, qadına qarşı zorakılıq, narkotik və cinayət romanın görünən tərəfidir. Əslində isə müəllif daha dərin bir sual verir: İnsan həyatı başqalarının qərarları ilə nə qədər məhv edilə bilər? Roman iki uşağın taleyini göstərir. Uşaqlıqdan yetkinliyə qədər şiddətin, ağrının və təkliyin içində böyüyən iki insanın hekayəsi… və bu hekayə onların cəmi on bir yaşında ikən başlayır. Dərdâ - uşaqlığı əlindən alınmış, həyatı başqalarının qərarları ilə yazılmış bir qız. Dərda - sevgi və qayğının yoxluğunda, həyatın sərtliyində formalaşan bir oğlan. Mən sadəcə Dərdânın hekayəsi yazacağam. Onun hələ uşaq yaşında evləndirilməsi, həyatının başqaları tərəfindən müəyyənləşdirilməsi və illərlə azadlıqdan məhrum qalması sadəcə bir obrazın taleyi deyil. Bu, minlərlə insanın yaşadığı, lakin çox vaxt görünməyən bir faciənin təsviridir. Roman boyunca din adı altında edilən saxtakarlıqlar və zorakılıqlar da hər zamankı kimi göz önündədir. Hakan Günday inancın özünü deyil, inancın arxasına gizlənərək insanlara hökm edən sistemi tənqid edir. Bu
Duygu ve Düşünce
AzHakan Günday · Doğan Kitap · 201926,9bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Puan vermedi·448 syf.··
2026 5. kitabı
·
20 saatte okudu
·
Okunma: 19 Haziran 2026 18:00
Xalid Hüseyni'nin digər 2 əsərini oxumuş biri olaraq bu əsər üçün özümü mental olaraq hazırlamaq 3 ilimi aldı. 3 il kitabxanamda gözlətməyin ardından indi anlayıram ki,heç vaxt bu kitaba hazır oluna bilməzdi.. Ayrı-ayrı obrazların yaşadıqları üçün özümü çox məyus və ağır hiss edirəm.. Amma mənim üçün "Min möhtəşəm günəşin" yeri yenə də ayrı qalacaq. O əsər, mənim üçün aralarındakı ən parlayan əsərdi. Mənə də ən çox toxunan əsər o olmuşdu. Ümidvaram yazıçının yeni əsərləri də ərsəyə gələr və böyük məmnuniyyətlə yollarımız kəsişər..
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011192,5bin okunma
9/10
·480 syf.··
2026 130. kitabı
Pavese heç vaxt bu sətirlərin çap olunacağını düşünməyib. O, sadəcə özüylə danışır, öz ağrısını, öz çaşqınlığını kağıza tökür. Və ən pisi odur ki, mən bu sətirləri oxuyarkən artıq onun sonunu bilirəm – 1950-ci ildə, bu gündəliyi bitirəndən az sonra o, özünə qəsd edəcək. Yəni mən əlimdə tutduğum bu kitabda, sanki bir insanın ölüm hökmünü öz əliylə yazdığı gizli bir etirafnaməni oxuyuram. Bu, insanı çox qəribə bir hala salır. Mənə elə gəlir ki, Pavese üçün “yaşama uğraşı” ifadəsi məhz bir “zanaət”dir, “məşğuliyyət”dir. O, yaşamağı sanki bir peşə kimi görür: səhər durub işə getmək kimi, nəfəs almağı, sevməyi, yazmağı bir əmək kimi qəbul edir. Amma burada faciəvi bir ziddiyyət var – o, bu peşəni sevmir, buna qabiliyyəti olmadığını düşünür, amma yenə də hər gün durub o işi görməyə çalışır. Düşünürəm ki, məhz bu ziddiyyət onu yazmağa məcbur edir. Əgər həqiqətən yaşamağı bacarsaydı, bu gündəliklər heç vaxt olmazdı. Kitab boyu onu iki şeyin arasında parçalandığını görürəm: bir tərəfdə intihar düşüncəsi, o biri tərəfdə isə duyğulara, təbiətə, yazmağa olan bağlılığı. O, dağlara, tənhalığa, kənd həyatına vurğundur, amma şəhərdə, insanların arasında boğulur. Sevgi məsələsinə gəldikdə isə, məncə Pavese öz xoşbəxtliyinin ən böyük düşmənidir. O, qadınları elə bir ideala çevirir ki, heç bir canlı insan bu ideala çata bilməz. O, sevgini bir “məsələ” kimi həll etməyə çalışır, amma sevgi həll olunacaq bir tənlik deyil. Və bu uyğunsuzluq onu hər dəfə daha da kədərləndirir. Ən çox onun özünə qarşı olan amansız dürüstlüyünə heyran qalıram. Pavese heç vaxt özünü yaxşı göstərməyə çalışmır. O, qorxaqlığını, eqoizmini, acizliyini çılpaq şəkildə ortaya qoyur. Elə bil deyir: “Baxın, mən bu qədər zəifəm, bu qədər səhv edirəm, amma bəlkə də bu zəifliklərimi yazmaq mənim yeganə qurtuluşumdur”.
Yaşama UğraşıCesare Pavese · Can Yayınları · 20212,601 okunma
9/10
·200 syf.··
2026 2. kitabı
Məni düşündürən məqamlar oldu, alqışladığım məqamlar da oldu. Amma bu kitabı oxuduqdan sonra bir də heç vaxt “əşşi mənə qalmayıbki” cümləsini qurmaq olmayacaq.
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 2019124,9bin okunma
Puan vermedi·300 syf.··
Beğendi
·
2026 45. kitabı
·
31 günde okudu
·
Okunma: 17 Haziran 2026 14:03
"Əgər insan ömrünün sonuna qədər öz uşaqlığını qoruyub saxlayırsa, deməli, o, yaxşı insandır." Mustay Kərim Müsahibələrinin birində Zahid Xəlil deyir ki, uşaq yazıçısı yaşlı uşaqdır. Mən 75 yaşlı uşaq olmağımla fəxr edirəm. Haqqında danışanda adətən adından əvvəl "uşaqların sevimlisi" deyirlər. Amma o, təkcə uşaq ədəbiyyatı yazmayıb. Elə bu kitabında da kifayət qədər böyüklərin də oxuyacağı hekayələr var. Uşaq ədəbiyyatı bəzən böyük əsərlərdə yazıla bilməyən məqamları çatdırmaq, bəzən bunu həm həcmi etibarilə, həm də adı ilə, yəni uşaq ədəbiyyatı adı ilə böyüklər üçün əsər yazmaq baxımdan əvəzsizdir. Zahid Xəlilin son vaxtlarda çap olunan kitablarından nəsr əsərlərinin(91 hekayə) yer aldığı "Kralın kreslosu" kitabındakı hekayələr uşaqların dünyagörüşünün formalaşmasında, əxlaqi və mənəvi tərbiyəsində və onlarda müsbət xarakter formalaşmasında, şübhəsiz, böyük rolu olacaqdır. Bəzi hekayələr də var ki, onları duymaq üçün Zahid Xəlillə şəxsi tanışlığınız olmalı, hekayələrin yaranma hekayəsini onun dilindən dinləməlisiniz. Bu cəhətdən özümü çox xoşbəxt hiss edirəm. Xüsusilə bəyəndiyim bir neçə hekayə var: "Kralın kreslosu", "İki parıltı", "Bağırmaq istəyən adam", "Quyunun dibindəki adam", "Güzgü", "Körpə nəğmənin nağılı", "Boz yalan", "Dünyanı özü ilə aparmaq istəyən Bəşir" və s. Bunlar heç şübhəsiz uşaq hekayələri deyil. Yazıçının yaşadıqları, öz şəxsi duyğuları, dostları haqqında, cəmiyyətdə gördüyü haqsızlıqlar uşaq hekayələrinin cibində gizlənmiş həqiqətlərdir. Bu yazını kitabı özüm oxuduğum vaxt qeyd etmişdim, burada da qalsın istədim. Bu dəfə isə oğluma oxudum bu kitabı, mənim Zahid müəllimim onun Zahid babası oldu.
Kralın KreslosuZahid Xəlil · 3 Alma · 202116 okunma