10/10
·80 syf.··
2026 2. kitabı
Şeirlərin qayda-qanunu, üslub və tərzinin necə olması haqqında çox az məlumatım var. Buna görə rəyimi həvəskar bir oxucu kimi bildirirəm. Və əvvəlki təhlillərdə vurğuladığım bir misalı yenə çəkirəm. Bir nəfər gözəl birinə, "saçını azca dağılıb" desə, onu çirkin hesab etdiyindən yox, gözəl görüb, sevib, qüsursuz olmasını istədiyindən demiş olar. Mənim tənqidlərim də bu cürdür. Yoxsa ki, çox sevərək, bəzilərini isə yaşayaraq oxudum. Bəziləri sanki mənim hisslərimə tərcüman olmuşdu. Yenə də, lap azca tənqidim olacaq. Sən yağışı sevəndə - şeiri timsalında digərlərindəki bəzi nüanslara da toxunacam. Ola bilsin, şairin tamam başqa məqsədi olub və mən yalnış anlamışam. Amma "cıracam çəkilləri, unudacam, qədrimi bilmədin, əlin boş qalacaq" kimi ifadələrin, təhdid, sitəm və ya minnət olduğunu düşünürəm ki, aşiqə bunların heç niri yaraşmır. Təbii ki, yazmaq üçün dərdi olmalıdır şairin. Amma bu dərd, "sən ki məni sevmədin, mən dünəndən sevmirəm səni" tərzində dərd olmamalıdır. Məsələn Füzulinin "Füzuli, dərdinin qədrin nə bilsin hər ötən bidərd?!" Və ya "dərdə bax, dərdimin dərmanı dərdimdi mənim" Xətayinin "bir dərdim var min dərmana dəyişməm" Kimi ifadələri, həzz verən, eşqdən doğan bir dərddir. Başqa bir unutduğum şair demişdi : "Mənə arxa çevirsən, incimərəm, gülün önü arxası olmaz" Məsələn çöllərə düşən Məcnun, Kəbə pərdəsindən yapışanda "Leyla qədrimi bilmədi, rədd elədi, çöllərə düşdüm, Allahım cavabını ver" demir, "Allahım, Leylaya olan eşqimi artır ki, daha çox həzz alım" deyir. Əziz şairimiz Rəşid bəyin, başqa bir misrasına diqqət çəkim: Səni sevdim sənə görə; Sevilməmişdin deyə. Bu və bu kimi misralarda da azcana minnət hiss edirəm.) Lap ürəyimin dibindən xəbər verən başqa bir misradan da danışım. "Sənsizliyə" şeirində deyir ki, "heyf ki, ağlım kəsməyib, sən
Və İstanbul Kimisən...Rəşid Nəsirzadə · Elm və Təhsil Nəşriyyatı · 20268 okunma
Puan vermedi·420 syf.··
2026 3. kitabı
Bu qədər axıcı çox az kitab oxumuşam. Kitabın ortalarına qədər Səidin çıxıb bir yerlərdən gələcəyini umdum amma elə olmadı təəssüf. Nə həyat Məsuməyə yaxşı davrandı nə də sonda övladları. Heyf çox heyf...
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,407 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
9/10
·992 syf.··
Beğendi
·
2026 3. kitabı
·
29 günde okudu
·
Okunma: 13 Şubat 2026 15:14
Soyuq müharibə illərinin təsiri o qədər hiss olunur ki... Kollektivizm və fərdiyyətçilik qarşı-qarşıya... Bir-birinə zidd xarakterdə olan iki memar - Keating və Roark var. Keating cəmiyyətin gözləntilərinə uyğunlaşır - təhsilini uğurla başa vurur, status, var-dövlət və mövqe əldə etmək üçün hər yola əl atır, necə deyərlər, oyunu öz qaydalarına uyğun oynayır. Roark isə, obrazın öz dili ilə desək yaradıcı insandır, yalnız özü, idealları üçün yaşayır. Əsərdəki bütün obrazlar, hadisələr vasitəsilə Rand əslində fəlsəfəsini - obyektivizmi ifadə edir. Oxuduqca bəzi yerlərdə "bu qədər də olmaz" deyirsən, amma Randın müsahibələrinə baxdıqda anlaşılır. Sanki düşüncələrində də "orta" olanı yoxdur, hər şey "çox çoxdur". Bu da bir yandan fərdiyyətçi düşüncəni yalnız "üst insanlar" hesab olunan az bir qismə aid etdiyi mübahisəsini doğurur. Kitabı oxumazdan əvvəl bir neçə rəyə göz gəzdirmişdim. Bir çoxu "yeniyetmələr üçün eşq kitabı" adlandırmışdı. "Nə olursa olsun öz ideallarına sadiq qalmaq, sistemə boyun əyməmək, kollektivizmin, sürünün bir parçası olmamaq" kimi fikirlərin daha çox yeniyetməlik dövründə baş qaldırdığını düşündükdə haqq verirsən bu rəylərə. Çox heyf ki bir çoxumuz sona qədər davam gətirə bilmirik. Amma Roark bir başqadır... Bəlkə də elə budur kitabı sevdirən..
Düşünce
Hayatın KaynağıAyn Rand · Pegasus Yayınları · 20213,737 okunma
7/10
·56 syf.··
2025 28. kitabı
·
4 saatte okudu
·
Okunma: 03 Aralık 2025 13:42
Bu kitabı oxuyarkən həm cümləsində sanki özümü tapdım.Atasından sevgi görməmiş bir uşaq...Ona özünü isbat eləməyə çalışan,bəyənilmək, təqdir edilmək istəyən bir uşaq...Fikirlərinin dinlənilməsini, ona hörmət edilməsini gözləyən bir uşaq...Boşa keçən uşaqlıq, heyf olmuş gənclik...
Babamı Kim ÖldürdüÉdouard Louis · Can Yayınları · 20202,977 okunma
8/10
·208 syf.··
Beğendi
·
2025 21. kitabı
·
3 günde okudu
·
Okunma: 25 Ekim 2025 22:29
Tiktokda təsadüfən adını eşitdiyim, oxuyarkən gözyaşlarına hakim ola bilinməyən bir kitab oxudum.Yaxşı ki oxudum.Hər cümləsində sanki öz atamı gördüm.Uşaqlığım, yeniyetməliyim bir anlıq canlandı önümdə.Heyf atamlı illərdən çox heyf...
Bahçıvan ve ÖlümGeorgi Gospodinov · Metis Yayınları · 202514,5bin okunma
9/10
·120 syf.··
2025 6. kitabı
Çox bəyəndim,gedişat çox ağrılı idi,sonda xoşbəxt gözləyirdim amma.. çox heyf(( Oxumağa dəyər. fədakarlıq,ayrılıq,ağrılar,əzablar,yoxsul insan və maddi güclü insanın, insanlar gözündə ki, uyğunsuzluğu. Bunun nəticəsində sadəcə böyük bir təəssüf.
SergüzeştSamipaşazade Sezai · Bilge Kültür Sanat · 201656,5bin okunma