Bürüdü fitnə - fəsad aləmi, çaşdım qaldım,
Hansı yol düzdü görən, xeyli dolaşdım qaldım
Soruşursuz ki, - "Nə üçün dala qaldın bizdən?"
Nəsə gördüm, o səbəbdəndi ki, qaçdım qaldım,
Yox bəsirət gözüm, əlbət ki, sataşsın Həqqə,
Bu sataşmaqdısa, nahəqqə sataşdım qaldım.
Siz gedib sufilərin rəqsinə daldız, qaldız,
MƏN keçib mərifəti - Həqqə ulaşdım qaldım.
Əhli-beyt eşqi gətirdi məni bu məvaya,
Zənn edirdiz ki, rəzalətdə bulaşdım qaldım?
Çox deyirdiz - "bura kim girsə, salamat qalmaz",
Mən Əli daməninə, çünki yapışdım qaldım.
Ürəfa anlayacaqdır məni, yazdım ki bunu,
Bir də gördüz əl-ayaqdan belə düşdüm qaldım.
Xalq ilə xülq ara gördüm bir əcaib məxluq,
Pah atonnan, nə əcəb yerdə ilişdim qaldım.
Bağiban, mən o gülün bülbülüyəm, qısqanma!
Nə ziyanım var axı, fərqi var uçdum, qaldım?
Dün gecə hala gəlib söz dedim, əfsus, itdi,
Yazmadım, heyf, öz - özümdən elə coşdum qaldım.