Yalnız bir söz: müqəddəslik. Bu söz, hər şey deməkdir. Yaxşılıq bütün kamilliklərin mərkəzində durur, bütün sevinclərin əsas mənbəyidir. O, insanı ağıllı, diqqətli, uzaqgörən, düşüncəli, müdrik, mərd, ehtiyatlı, safürəkli, xoşbəxt, tərifəlayiq, həqiqi və universal qəhrəmana çevirir. Həyatda üç şey insana xoşbəxtlik bəxş edir: müqəddəslik, sağlamlıq, müdriklik. Yaxşılıq bizim balaca dünyanın günəşidir, təmiz vicdan isə onun göy qübbəsidir. Bu gözəl xüsusiyyət həm Allahın, həm də insanların məhəbbətini qazanmışdır. Yaxşılıqdan xoş, əxlaqsızlıqdan iyrənc əməl yoxdur. Yalnız yaxşılıq həqiqidir, qalan hər şey saxtadır. İnsanın dərinliyi və böyüklüyü onun bəxti ilə deyil, etdiyi yaxşılıqlarla ölçülür, çünki yaxşılıq hər şeydən üstündür və heç bir şeydən asılı deyil. Belə insanı sağlığında sevirlər, öləndən sonra isə xatırlayırlar.