Sahil kənarında etiraf
9/10
·196 syf.··
2026 13. kitabı
Həm hekayənin daha da dərinləşməsi, həm də obrazların hisslərinə nəzər salması məni olduqca şad etdi. Bu səbəbdən əslində qiymətim 4.5☆-dur. Lakin burda yarım bal vermək olmur, təəssüf ki. Obrazımız ölü bir bədənə keçən bir canlı olsa da, artıq insani dəyər və duyğuları anlamağa, iliklərində hiss etməyə başlayıb. Bunu son bölümdə görmək mümkündür. Yoshiki ilə danışanda sevgidən bəhs etməsi elə bunun ən böyük nümunəsidir. O bir hissə sahibdir ki, ona zərər verməkdən çəkinir və beləcə dağlara geri qayıtmaq istəyir. Biz də eynilə Hikaru kimi sevdiklərimiz üçün daha yaxşısı oldusun deyəv ya qorumaq məqsədli özümüzü uzaqlaşdırırıq. Bu nə qədər ağrılı bir prosses olsa da, bəzən edəcək başqa bir seçim şansı qalmır insanın əlində. -"An' I— well, being with you has been so much fun... I might just be subatitute fer Hikaru but— you've done so much fer me. I love you, Yoshiki. I don't know what this feelin' is, if it's romantic love or platonic love. But no matter what, that's how I feel."—Hikaru
光が死んだ夏 5 [Hikaru ga Shinda Natsu 5]Mokumokuren · 角川 [Kadokawa] · 202438 okunma
6/10
·152 syf.··
2026 63. kitabı
·
25 saatte okudu
·
Okunma: 07 Haziran 2026 00:24
Bu dramda sevginin dagidici terefi ön plandadir.Bir qadinin xeyallarinin puç olduğu heyatinin sönduyu o an ,yoldaşinin ona xeyanet etdiyi an ! Əsərin mərkəzində Medea adlı qadın dayanır. O, əri Yason (Jason) üçün hər şeyini qurban verir. Lakin Yason onu tərk edib başqa qadınla evlənmək istəyəndə Medea qəzəb, xəyanət və intiqam hissləri ilə hərəkət etməyə başlayır. Eser esasen dialoq formasindadir ve teatrlaşdirilib belkede bircoxlari Medeani teatrda izleyibler Seneca bu əsərdə göstərir ki, insan qəzəb və ehtiraslarına təslim olduqda həm özünü, həm də ətrafındakıları məhv edə bilər. Bu fikir onun stoik fəlsəfəsi ilə də əlaqəlidir.
MedeaSeneca · Türkiye İş Bankası Kültür Yayınları · 2019847 okunma
Reklam
Travma Wulf Dorn təhlil
Puan vermedi·328 syf.··
2026 5. kitabı
·
23 günde okudu
·
Okunma: 12 Haziran 2026 01:31
Travma Məzmun: Travma, insan zehninin nə qədər mürəkkəb və qaranlıq ola biləcəyini göstərən psixoloji triller janrında yazılmış əsərdir. Hadisələr psixiatriya klinikasında çalışan bir həkimin qarşısına çıxan müəmmalı pasiyentlə başlayır. Pasiyentin söylədikləri əvvəlcə qarışıq və inandırıcı görünməsə də, zaman keçdikcə deyilənlərin arxasında gizlənən dəhşətli həqiqətlərin ola biləcəyi hiss edilir. Bundan sonra əsas qəhrəman keçmişlə bağlı sirrləri araşdırmağa başlayır və hadisələr getdikcə daha təhlükəli və qarışıq hala gəlir. Kitab boyunca oxucu davamlı olaraq şübhə içində qalır. Kim doğru danışır, kim yalan deyir, hansı xatirələr həqiqətdir, hansı qorxu və travmaların nəticəsidir – bunları ayırd etmək çətinləşir. Hekayə irəlilədikcə keçmişdə yaşanan hadisələrin insan psixologiyasına təsiri, travmaların illərlə insanı izləməsi və zehnin özünü qorumaq üçün qurduğu mexanizmlər ön plana çıxır. Təhlil: Wulf Dorn bu əsərdə sadəcə qorxu və gərginlik yaratmır, eyni zamanda travmanın insan həyatına təsirini göstərir. Kitabın ən güclü tərəfi odur ki, oxucuya hər şeyi açıq şəkildə təqdim etmir; əksinə, davamlı suallar yaradır və cavabları yavaş-yavaş ortaya çıxarır. Bu isə kitabı son səhifəyə qədər maraqlı saxlayır. Əsərdə travma anlayışı yalnız keçmişdə yaşanmış ağır hadisə kimi göstərilmir, həm də həmin hadisələrin insanın düşüncələrinə, qərarlarına və reallığı qəbul etməsinə necə təsir etdiyi göstərilir. Bəzən insan öz xatirələrinin içində itib qalır və gerçəklə qorxular arasındakı sərhəd itir. Kitab məhz bu mövzunu güclü şəkildə çatdırır. Məncə, Travma oxucunu qorxudan çox düşündürən kitabdır. Oxuduqca anlayırsan ki, insanın ən böyük qorxuları bəzən xaricdə deyil, öz zehninin dərinliklərində gizlənir. Psixoloji gərginlik sevənlər üçün təsirli və uzun müddət yadda
Psikoloji
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,830 okunma
Puan vermedi·172 syf.··
2026 13. kitabı
Uşaqlığımızın ən böyük xəyallarından biri oxuduğumuz hekayənin, izlədiyimiz cizgi filminin içinə girmək idi, elə deyil? Və ya həyətdə oynadığımız zamanlar, qaydaları özümüzün qoyduğu, reallığın itdiyi o anlar... ​Sürrealizmin və absurdun dünyasına xoş gəldiniz. ​Bu kitabda gerçəklik və xəyal aləmi bir-biri ilə harmonik bir ahəng təşkil edir. Ən maraqlısı isə budur ki, bunu yaşayanlar hər gün, hər an görə biləcəyimiz sıradan insanlardır. ​Kimisi Neo kimi Leo olur, bəzisi lənətlənir, amma bundan istifadə edir; kimisi isə intiharın üç fərqli versiyasını təqdim edir... Kitab da dediyi kimi : "Onsuz da gerçək çox sürreal deyilmiş kimi" ​Bu arada, kitabdakı sosial və dini metaforalar çox güclü, həm də olduqca gözəldir.
Divardakı YarıqRamiz Qaralov · Teas Press · 20254 okunma
8/10
·494 syf.··
Beğendi
·
2026 10. kitabı
Klassik Türk ədəbiyyatında iz qoymuş realist yazar Orxan Kamalın Yad Qızı romanını oxuyub bitirdim. Əsər Nazan adlı sadəlövh bir gənc xanımın acınacaqlı həyat hekayəsindən bəhs olunur. Yazar öz əsərində reallığın ən acı yönlərini, həyatın zəif xislətlilərə qarşı tətbiq etdiyi əzici gücü və mühitin onlar üzərindəki böyük təsirini olduqca aydın şəkildə nümunələndirir. Müəllif öz əsərində vurğulamağa çalışır ki, insan hər cür çətinliklərə və hər növ mühitə düşə bilər, ancaq yaşananların və ətraf-mühitin onun üzərindəki təsirində isə, həmin insanın öz xarakteri böyük rol oynayır. İnsan, ona yönələn zərbələr qarşısında zəiflik göstərdikcə, hər keçən gün bu zərbələrin həcmi də böyümüş olur. Odur ki həyat, qaynanası Həcər tərəfindən ailəsi dağıdılan fağır Nazanı, ağlına belə gətirmədiyi saysız çirkinliklərin içərisinə yuvarlayır. Halbuki Nazan, güclü bir iradə sərgiləyərək həyatını tamam fərqli bir yöndə də inşa edə bilərdi.((( Nazan xarakteri məni həm üzdü həm çox əsəbləşdirdi. Bir qadın necə key, sadəlöv olar.? öz həyatında heç bir söz haqqı olmayan qadının başına gələn hər şey öz sakitliyi və hər şeyə "hə" deməsinə görə olur. Bir növ qarşısına qoyulan hər şeylə razılaşan Nazan ona biçilən həyatı yaşayır.Taleyi ilə barışır və bütün olanlara alın yazısı kimi baxır. SPOİLER: Nazan təhsilsiz, evinə, yoldaşına, oğluna və ən əsası zamanın qayda-qanunlarına, ədalətsiz cəmiyyətin qanunlarına tabe bir insandır. Vəkil yoldaşı Məzhəri çox sevsə də, qayınanasının qorxusu ucbatından sevgisini göstərməkdən çəkinir. Gün ərzində yalnız qulluqçu kimi ev işlərini Nazan zamanla ərinin özündən uzaqlaşmasına səbəb olur. Məzhər, yoldaşının bu halını görür və klub qadını olan Jaləyə könül verir. Jalə yüngül əxlaqlı qadın olsa da, Nazanın halına acıyır və onun evdən qovulmasına səbəb olan
Yad QızıOrhan Kemal · Qanun Nəşriyyatı · 200915,2bin okunma
Puan vermedi·264 syf.··
2026 1. kitabı
Rövşən Abdullaoğlu - "Üzləşmə" Rövşən Abdullaoğlu yaradıcılığına bələdliyim mənə hər dəfə yeni bir fəlsəfi qapı açır. Müəllifin daha əvvəl oxuduğum 'Bu Şəhərdə Kimsə Yoxdur' və 'Relslər Üzərində Uzanmış Adam' əsərləri kimi, əlimdəki üçüncü kitabı — 'Üzləşmə' də ilk səhifələrindən öz dərin məna yükü və psixoloji qatları ilə seçilir. Bu əsəri digər romanlardan fərqləndirən və onun süjet xəttini unikal edən əsas cəhət odur ki, kitabda klassik mənada heç bir qəhrəman yoxdur. Müəllif elə bir mühit və elə bir hadisələr zənciri qurub ki, kitabın baş qəhrəmanı elə biz özümüzük. Oxucu sadəcə bir hekayəni kənardan izləmir, hadisələrin tam mərkəzinə atılır. Əsərdəki əsas konflikt iki personaj arasında deyil, insanın öz keçmişi, qorxuları, peşmanlıqları və maskaları arasındadır. Süjet irəlilədikcə bu qarşıdurma daha da kəskinləşir. Süjetin ən pik nöqtəsi insanın güzgüdə öz həqiqi simasını görməyə məcbur qaldığı andır. Müəllif hadisələri elə idarə edir ki, qaçmağa heç bir gizli qapı qalmır. Çünki həyatımızın müxtəlif dönəmlərində, müxtəlif situasiyalarında qarşılaşdığımız hadisələr bizi individual olaraq həm özümüzü tapmağa, həm də baş verənlərə adekvat cavab verməyə məcbur qoyur. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, əsərin gücü yalnız onun fəlsəfi fəhmində deyil, həm də metodologiyasındadır. Müəllifin fərqli sitatlarla zənginləşdirdiyi, hər paraqrafın sonunda bizə ünvanladığı suallar və işləməli olduğumuz cədvəllər əsərin nəzəri biliklərini təcrübəyə çevirir. Bu interaktiv bələdçi hər birimizin öz daxili dünyası ilə üzləşməsində əvəzedilməz bir rol oynayır.
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2023135 okunma
Reklam
Reklam