İnsanların bir-birini sevməsi nəyə desən, dəyər! Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi, həm də ən sadəsidir. Bunu mən bu gün, gecə əriyib çiçək açan kollara dönəndə, küləkdən çiyələk ətri gələndəduydum və bildim ki, sevməyən adam bu dünyaya məzuniyyətə gəlmiş ölüdür. Onun da quruca adı, doğulduğu ayı, ili var, vəssalam... Sevməyən adam üçün, əslində, ölüm yaxşıdır.
Sayfa 164·Kitabı okuyor
İnsan yedikləri sayəsində deyil, həzm etdikləri sayəsində yaşayır. Bu həm ağıl, həm də bədən üçün keçərlidir. Bencamin Franklin
Sayfa 36·Kitabı okuyor
Etimoloji Defteri
Mücellit Nedir ?
“ Hər halda, belə demək olar ki, insan ya yuxarını seçməlidir, ya da aşağını - dahilik yuxarıda, var-dövlət aşağıdadır. Eyni anda həm uçmaq, həm də sürünmək olmaz...”
Sayfa 41 - Səbat Nəşriyyatı·Kitabı okudu
İmam Hüseynin qurmaq istədiyi və tanıtmaq yolunda şəhid olduğu hökumətdə yeyinti, müstəsna hüquq, qohumbazlıq, hədislərin dili ilə desək, "istisar", yəni "müstəsna hüquq, öz mənafeyini xalqın mənafeyindən üstün tutmaq, ümumi imkanlardan şəxsi məqsədlər üçün istifadə etmək", indiki dillə desək, qanunsuz mənimsəmə qadağandır. Əlinin həzrət Peyğəmbər və Quranın təlimləri əsasında qurmaq istədiyi, yolunda çoxsaylı insanın şəhid olduğu, zəhərlənərək öldürüldüyü, zindana salındığı İslam hökuməti təfəkküründə böyük günahlardan olan "istisar", ayrı-seçkilik, hökumətin imkanlarından sui-istifadə və yeyinti ilə mübarizə də var idi. Çünki halal günah deyilən bir şey yoxdur. İslama görə, qanuni və yaxşı oğurluq deyilən bir şey yoxdur. Həm o vaxt, həm də indi sülh dövrünün qəhrəmanları çox danışır, az iş görürlər.
Sayfa 35 - “İrşad” Nəşriyyatı·Kitabı okuyor
Kitap Alıntısı
‘’ … Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir! Elə bu möcüzə xatirinə yaşamağa dəyər! İyrənc haqsızlıq mühitindən doğan yüksək əxlaqi idealı görmək, böyümək və hələ də çirklə örtülmüş gözlərinlə gözəlliyinin ilk əlamətlərini: zəiflikdən, əxlaqsızlıqdan, miskinlikdən və heyvani kobudluqdan həm qüdrət, həm də mənəvi nəcibliyin doğduğunu görmək lazımdır.’’
“İnsan tək düşüncəsi ilə deyil, həm də hiss-həyəcanı ilə insandır. İnsan orqa- nizminin iki qütbü olmasını yetər ki hamı qəbul etsin. Beyin və ürəkdir bu qütblər. Tək beynin komandası ilə - ağılla insan yaşaya bilməz, belə olsaydı nə var idi ki. Heç kim səhv etməzdi, hər şey monoton axarında davam edərdi. İnsan çox zaman qəlbinin diktəsi ilə hərəkət edir, bax onda düşüncə, əql bir kənarda qalır, ürəyin verdiyi qərarlar isə bəzən yanlış ola bilir.”
Sayfa 3·Kitabı okudu