Necə də qəribədir… Çexovun “Martı”sını oxuduqca sanki hər səhifədən bir səs eşitdim qanad çırpıntısı kimi… Və mən oxuduqca, o martı göydən enib rəfimin üstünə qondu… Çünki bəzən bir əsəri yalnız oxumursan, onu yaşayırsan, və yaşadığın şey gerçəyə çevrilir.