Gülnar

Gülnar
@hsynva_gulnar
Memento mori. Fani olduğunu,bir gün öləcəyini xatırla və indi yaşa.
Azərbaycan dili və ədəbiyyatı müəllimi
Bakı Dövlət Universiteti, Filologiya fakültəsi
Bakı
Bakı, 12 Ekim 2001
187 okur puanı
Ocak 2021 tarihinde katıldı
Puan vermedi·206 syf.··
2023 17. kitabı
Düşünürəm ki, serial əsərdən daha uğurludur. Serialda olan dəyişikliklər əla alınıb. Güclü aktyor heyəti və məntiqi ardıcıllığın qorunub saxlanılması mükəmməl idi. Kitab isə ümumilikdə maraqlı olmasına baxmayaraq bəsit idi. ƏqrəbƏqrəb Ceyhun HidayətliCeyhun Hidayətli
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·184 syf.··
2022 1. kitabı
Çoox sevdiyim bir kitab oldun️ Bəlkə də heç vaxt heç kəsə deyə bilmədiyim bir xatirəmi səndə tapdığım üçün... Bəlkə də həyatı möhtəşəm bir şəkildə əks etdirdiyin üçün... Məni tanıyanlar nə qədər emosional biri olduğumu bilir. Səni oxuduqca yaşadım.. Yaşadıqca ağladım. Sən əsl həyatı əks etdirdin, əziz Kitabım ️ "Yaxşı ki varsan" ifadəsi yalnız insanlara aid işlənmir. Bu ifadə bir kitaba da aid ola bilər... Mən ilk dəfədir ki, bu ifadəni bir kitab üçün istifadə edəcəm. Yaxşı ki varsan, əziz Kitabım, yaxşı ki varsan, əziz dostum! ️
Hayat
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275bin okunma
Puan vermedi·88 syf.··
2021 80. kitabı
Gənclərin düşünmələrini istəmirlər. Çünki bilirlər ki, gənclər düşünsələr və onlardan daha ağıllı olsalar onların boş sözlərini dinləməyəcəklər və onlar gənclərin üzərində hakimlik edə bilməyəcəklər...
Hayat
Bilginin HekayəsiMehrac Abdurahmanlı · Qanun Nəşriyyatı · 027 okunma
10/10
·375 syf.··
2021 13. kitabı
Hansısa kitabı oxuduqdan sonra belə pis hiss etdiyimi, ağladığımı, əsəbləşdiyimi və boşluğa qışqırmaq istədiyimi xatırlamıram. Bir dostluq bu qədər səmimi, bu qədər məsum ola bilərmi? Bəli, müəllif bizə belə dostluğun mümkün olduğunu göstərir. Hətta oxuduqca kaş ki bu hissi verməyəydi belə deyirsiniz. Müəllif kitabın ilk səhifəsindən son səhifəsinədək hadisələri, obrazları elə yaradıb ki, bir-biri ilə elə əlaqələndirib ki, kitab zəka qoxur, sanki... Bununla belə əsər sadə dildə yazılıb. Kitab biri ağa, digəri isə xidmətçi olan 2 dostun hekayəsini anlatır. Kitabın əvvəlində ağa olan Əmirdən nifrət edə bilərsiniz və məsum, bacarıqlı, cəsarətli və eyni zamanda ağasına sadiq olan Həsənə üzülə bilərsiniz. Əslində bu kitab səssizliyi ifadə edir. Əmirin Həsənə edilənlər qarşısında səssizliyi, Həsənin özünə edilənlər qarşısında səssizliyi, Əfqanıstandan Amerikaya qaçan maşının içində olanların rus əsgərlərinə qarşı səssizliyi, yetimxanadakı uşaqlara edilənlər qarşısında müdirin səssizliyi və biz.... Kitabı oxuyarkən bizim səssizliyimiz... Əmir və Həsən arasında olan o dialoqlar... Həyatım boyunca unutmayacağım o dialoq... Əmirin Həsənə "Mənim üçün yerdəki pisliyi də yeyərsən?" sualını verməsi və Həsənin "Əlbəttə, yeyərəm, bəs sən məndən belə bir şey etməmi istəyərsənmi?" deməsi.... Hər kəsin həyatında peşmanlıqlar var. Bəzilərimizin peşmanlıqları kitabda olduğu kimi geri dönüşü olmayan peşmanlıqlardır.... Və sonda bir sual yaranır məndə. Görəsən yenidən yaxşı insan olmaq mümkündürmü?
Hayat
Uçurtma AvcısıKhaled Hosseini · Everest Yayınları · 2024192,1bin okunma