Hardan başlayım heç bilmirəm düzü,amma Lennie oxuduğum ən yaxşı kitab obrazlarından biri oldu,unutulmaz oldu mənim üçün :)
Kitab cəmi 110 səhifədi,bir günə bitirə biləcəyiniz qədər də axıcıdı əmin olun.Amma,o qədər incə,o qədər gözəl mesajları var kiii) İndi verəcəyim alıntı belə bəs edəcək nə dediyimi anlamanıza: “İnsanın iyi olmak için akla ihtiyacı yoktur”
Kitabda dostluq,irqçilik,məsumiyyət,yaşadıqları dövrdə insanların səfil həyatı və daha bir çox məsələlərə toxunulub.
Ümumi məzmunu haqqında isə qısaca belə deyim: George və Lennie çox yaxın iki yoldaşdı.Lennie’nin biraz axmaqdı.Bu iki obrazımız birlikdə işləyirlər.Çox qəşəng bir xəyalları var :) Həmin xəyalı gərçəkləşdirmək üçün nə uğruna olursa olsun gərək pul toplayalar.Sonu həqiqətən hüzünlü idi,hətta mən dönüb başdan oxudum o hissələri.
Oxumayanlar üçün mütləq oxuyun deyəcəyim kitablardan oldu
Ps.Kitabın ilk əlyazmasını yazarın iti parçalıyıbmış)) Və belə bir şey rastıma çıxdı ki,Lennie əslində həqiqi həyatdan götürülmüş bir obraz imiş.Vəə Steinbeck bir müddət həmin bu hadisələrin baş verdiyi şəhərdə yaşayıb,işləyibmiş :)