Asmar Farzaliyeva

Dümanın gözündən biz
Puan vermedi·192 syf.··
2026 41. kitabı
·
29 günde okudu
·
Okunma: 24 Mayıs 2026 15:54
Böyük fransız yazıçısı Dümanın Qafqaz səfərinin Azərbaycanla bağlı qeydlərinin toplandığı bu kitabı bir az uzun müddətə oxumağıma baxmayaraq, maraqla oxudum. Dərbənddən başlayaraq Bakı, Quba, Şamaxı, Nuxa(Şəki) ərazilərində keçirdiyi xoş günlərdən, insanlarımızın səxavətindən, qonaqpərvərliyindən hədsiz təəccüb və heyranlıqla bəhs edən yazıçı, şübhəsiz ki, ölkəsinə buradan ən gözəl təəssüratlarla qayıdır. Hətta bəzən xalqımızda şahidi olduğu bu səxavəti öz fransız xalqıyla müqayisə edərək bizə daha yüksək qiymət verir. Kitab təkcə səfər qeydləri təsiri bağışlamır, həm də bir xalqın mədəniyyətini, adət-ənənəsini, tarixi şəxsiyyətlərini, hətta yeməklərini də dünya oxucusuna çatdırmaqda böyük rol oynayır. Mənə ən təsir edən hissəsi Dümanın Bakıdan ayrılarkən Xəzər dəniziylə vidalaşdığı "Əlvida, Xəzər dənizi" hissəsi oldu. İndiyə qədər oxuduğum Xəzərin bədii dillə ən gözəl təsviridir deyə bilərəm. Hamıya xoş oxumalar.
Qafqaz SəfəriAlexandre Dumas · Qanun Nəşriyyatı · 2014167 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Hissə-hissə başa düşdüm, bütövlükdə yox.
Puan vermedi·372 syf.··
2026 36. kitabı
·
11 günde okudu
·
Okunma: 15 Nisan 2026 00:01
Klassik ədəbiyyatdan bildiyimiz Şeyx Sənan mövzusunda roman yazan Şumeysat adlı bir xanımın Almaniyadakı bugünkü, 90-cı illərdəki Bakı həyatı və hadisələrin X əsrdə keçdiyi "Şeyx" romanından təqdim olunan hissələrlə üç dövrü əhatə edən bir roman. Kitabı ümumi olaraq bəyənmədim. Nə roman içindəki "Şeyx", nə də Almaniyaki dövrün dili ürəkaçan deyildi. Müasir dövrün dili dözülməz dərəcədə bəsit, bədiilikdən uzaq, bəzi məsələlərə, xüsusilə də dini baxımdan üslubu kobud idi. Kitab bəzən mənə "Sənanın əlli tonu", bəzən də Elif Şafak "Aşk"ının aşağı keyfiyyətli bir kopiyası, çeynənmiş varlı oğlan-kasıb qız mövzusunu bir dəfə də mən çeynəyim təsiri bağışladı. Kitab boyu ağzımda yad bir cisim varmış kimi tələffüz etdiyim Şumeysat adı "günəş" mənasını daşısa da, qətiyyən nə adına, nə özünə isinə bilmədim. Adı kimi özü də millətimə yad idi. İlk cümlələrdə xanımın əlindən gələn "donuz sosikası iyi" kitabın sonuna qədər ürəyimi bulandırdı. İki millət arasındakı münasibət, bir tərəfdən erməni vəhşiliklərini yada salıb, bir tərəfdən Sənanın ağzını ayıraraq gülməyinə heyran-heyran tamaşa etmək, onun sosial şəbəkələrdəki "I love Armenia" səhifələrini bəyənməyini qeyd etməsi, Şumeysatın "nə böyük azadlıqdır vətən seçə bilmək" deyərək ah çəkməsi, bu ermənini sevim-sevməyim ziddiyyəti, bu aradaqalmışlıq məndə ikrah hissi yaratdı. Az qala hər paraqrafda qeyd etdiyi "mən yazaram, mən yazıçıyam" vurğusu, yazar belə oturur, belə durur, belə nəfəs alır, belə üzünə krem çəkir... Qənaətbəxş hesab etdiyim, oxuyanda yorulmadığım bircə 90-cı illər həyatı oldu. Əslində, Sahilə xanım yaralı yerimiz olan bir çox mövzuya toxunsa da, o mövzular ümumi ağırlığın altında əzildi, təəssüf ki. Araya sıxışdırdığı mövzuların çoxluğu, sanki "bunu da deyim, buna da münasibətimin olduğunu bilin, bunu da bilirəm"
ŞeyxSahilə Yaya · Teas Press Nəşriyyatı · 201840 okunma
Puan vermedi·400 syf.··
Beğendi
·
2026 20. kitabı
·
49 günde okudu
·
Okunma: 23 Şubat 2026 16:48
Kitabın məndə buraxdığı izlərin bir yerdə qalmasını istədiyim üçün) Dilindən yüksək bədii zövq almağıma baxmayaraq, mənim uzun fasilələrlə oxuduğum bir kitab oldu. Dili möhtəşəmdir və əgər tərcümə bir əsər üçün bunu hiss etdirməyi bacarırsa, deməli tərcümə də mükəmməl şəkildə edilib. Elə anlar olur ki, sizin deyəcək bir sözünüz olmur(bəzən olduğu vaxtlar da oldu), ancaq əlinizi çənənizin altına qoyub danışanı heyranlıqla dinlədiyiniz bir söhbət, tanımadığınız insanların xatirələri məsələn, hətta bəzən həmsöhbətinizin sözünü kəsməyə ehtiyat edərsiniz və nə danışır-danışsın sadəcə dinləmək istəyirəm dediyiniz ağır-ağır irəliləyən bir yazıdır bu. Üç bölümlük kitabın birinci bölümündə keçən saf uşaqlıq xatirələri, anasına olan məhəbbətindəki o uşaq məsumluğu, anasının bircə “şirin yuxular öpüşü”nə yüklədiyi mənanın ağırlığı adamın ürəyini incə-incə elə qırıqlayıb-tökür ki... Və ilk vurğunluq, ilk eşqlə tanışlıq. İkinci bölümdə haqqında danışılan eşq hekayəsi isə bir insanın dəlicəsinə vurulması, alovlanması, müdhiş qısqanclığı və alovu söndürməsi hekayəsi. İnsanın anlamaqda çətinlik çəkəcəyi bir vurğunluq. Elə bir eşq hekayəsi ki, burada eşqin zirvəsinə qalxıb sonra necə enildiyinin qarışıq hisslərlə qrafiki cızılıb sanki. Birinci bölümdə başlayaraq üçüncü bölümdə də davam edən sevginin mərkəzində verilən “Svanın bir eşqi”, yetkin bir insanın hissləri ilə uşaqlıq duyğuları arasında eşqi oxucuya müqayisəli şəkildə çatdırır sanki.
Swann'ların TarafıMarcel Proust · Yapı Kredi Yayınları · 20255,2bin okunma
Neyləyim, dilsiz bir baş çəkəmmirəm...
Puan vermedi·364 syf.··
Beğendi
·
2026 18. kitabı
·
5 günde okudu
·
Okunma: 14 Şubat 2026 12:37
Bir ölkə var - özü boyda bir körükdür, Həqiqəti dil ucuna hörüklüdür… Məmməd Araz Dəyərli Pərvanə xanımın tərtib etdiyi və ön sözün müəllifi olduğu bu kitab Güney Azərbaycan ədəbiyyatının bugünkü fəaliyyətinin öyrənilməsi baxımdan olduqca dəyərlidir. Yaxın vaxtlarda oxuduğum Güney Azərbaycan Nəsri kitabında başlanğıcdan bugünədək yazılmış nəsr nümunələri toplanmışdısa, bu kitabda çağdaş dövrün həm nəzm, həm də nəsrlə yazılmış nümunələri yer alır. Pərvanə xanım ön sözdə o qədər gözəl məlumat verərək açıqlayıb ki, nə desəm, nə yazsam onun təkrarı olar. İranda baş vermiş siyasi hərəkatların soydaşlarımızın yazıb-yaratdığı ədəbiyyata təsiri, əsasən farsdilli yaranan ədəbiyyatdan türkdilli ədəbiyyatın formalaşma-keçid prosesi, dil-üslub problemləri, bundan da əlavə əzəli dərd olan siyasi rejim problemi və bu kimi məsələri əhatə edir. “Bu gün Güney Azərbaycanda müqavimət, "dirəniş ədəbiyyatı" ön plandadır. Əsərlərin əsas motivi ana dili və vətəndir. Bundan sonra kimlik axtarışı, azadlıq, eləcə də narazılıqlardan doğan daxili üsyan hissi kimi mövzular yer alır.” (səh.14) Bu kitabda da onlarla müəllifin yaradıcılığından nümunələr, həmçinin, hər müəllifin həyat-yaradıcılığından qısa məlumatlar daxil edilmişdir. Güneydə yaranan ədəbiyyat nisgilli ədəbiyyatdır, cümlələr də müəlliflərin həyatı kimi qırıq-qırıq, yarı-yarımçıq, deyilib-yazılmağa qorxa-qorxa yaranır. Elə bil hamısının deyəcəyi bu boynubükük bir misrada ümumiləşdirilib: “Neyləyim, dilsiz bir baş çəkəmmirəm”
Güney Azərbaycan Ədəbiyyatı AntologiyasıPərvanə Məmmədova · Teas Press Nəşriyyat · 20155 okunma
XXI əsrin beşliyi
Puan vermedi·768 syf.··
Beğendi
·
2026 16. kitabı
·
9 günde okudu
·
Okunma: 09 Şubat 2026 12:10
"Nəfəs" - bu beş kitabın cəmi, ədəbiyatımıza yad olmayan "Xəmsə" xüsusiyyətini XII əsrdə Nizami Gəncəvi gətirmişdisə, XXI əsrdə də bir növ Ramiz Rövşənlə də davam etməsi onu göstərir ki, ədəbiyyat bir xalqın kökündən gəlirsə, arada keçən boşluqlar ədəbiyyatın nəfəsini dərdiyi, yorğunluğunu çıxdığı, ona yeni bir Nəfəs gətirəcəyi vaxtlardır... Bir sıra sahələrdə olduğu kimi ədəbiyyatımızda da ölümündən sonra dəyərlənənlər, yüz il sonra qiymət verilənlər, hətta onun dəyərinin bilinməsi üçün yaşadığı dövrdən bir əsr keçməlidi deyənlər o qədərdir ki.. Bu fikri də zamanla əkib-becərəcəklər düşüncəmizdə, amma yox, icazə verməyin. Cabir Novruz demiş, "yaxşılara yaxşı deyin sağlığında...", gecikməyin. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının nə yaxşı ki, bizimlə bir dövrdə yaşayan canlı ədəbi nümunəsi, nadir nümayəndəsidir. Min illərdir ayağı yerə bərkimiş sözlərə qanad verib göylərə qaldıran şair. Şair də deyirəm, amma nasirliyi də şairliyindən geri qalmayan şair. Şeir misralarını bir ucdan tutub, hekayəyə, povestə uzadan şair. “Kitablar kitabı”ndakı ilk üç kitabı müxtəlif vaxtlarda yazılmış şeirlər kitabıdır. Sözlərin qanad açıb bütün Yer üzünü dolaşdığı misralar. Şeirlər, nəğmələr, poemalar. Xüsusi sevdiklərimdən olan “Süd dişinin ağrısı” poemasının 1987-ci ildə lentə alınmış bədii filmi də var. Dördüncü kitab - “Hamı oğul böyütmüşdü” ümumi götürsək bir kəndin həyatından bəhs edən hekayələr"Daş" povesti. Oxuduqca elə bildim babam danışır, mən dinləyirəm; müharibə illəri, arxa cəbhə, aclıq vaxtı, evin, kəndin balaca kişiləri. Bu xatirələri onun dilindən o qədər dinləmişəm ki. Səhnənin arxa tərəfi, arxa cəbhədə baş verən ailə-məişət savaşları. Ölümün harda səni yaxalamasından asılı olaraq mənasını dəyişdiyi, ac əsgərin qoruduğu vətəndə yeyilən artıq bir
NəfəsRamiz Rövşən · Teas Press Nəşriyyatı · 2024198 okunma