Puan vermedi·208 syf.··
2026 14. kitabı
Teas Press'in ən underrated tərcümələrindən biri. Çoxunuz bəlkə də bu kitabın Yusuf Atılgan'ın “Aylak Adam” əsərinin tərcüməsi olduğunu bilmirsiz. Sizi qınamıram, bir neçə ay əvvələ qədər mən də bilmirdim. Bir ara endirimdə idi, o zaman almışdım, qiyməti hardasa 2.80₼ falan idi. Çox az gözlənti ilə başlasam da, kitab məni təəcübləndirməyi bacardı. Əsərin baş qəhrəmanı “C” adında bir oğlandır. Və “C” el dili ilə desək “Avaran"-ın biridir. Cənab C, bütün vaxtını gəzmək və insanları müşahidə etməklə keçirir. Bəs düşünürsüz ki, “Bu adam pulu haradan qazanır?”, yaxşı düşünürsüz. Cənab “C”-yə atasından böyük məbləğdə pul miras qaldığı üçün, o bütün həyatı boyu çalışmasa belə, rahatlıqla yaşaya bilər. Lakin C-yə atasından miras qalan tək şey pul yox, həmçinin uşaqlıq travmalıdır. Baş qəhrəmanımız məhz bu travmalar ucbatından heç bir qadınla münasibət/yaxınlıq qura bilmir. Kitab 4 fəsilə ( Yaz, Yay, Payız, Qış ) ayrılır. Biz hər fəsildə Cənab C-nin həqiqi sevgini və ona başa düşəcək qadını tapmaq üçün etdiyi axtarışlara şahid oluruq. Məncə kitab olduqca maraqlı və axıcı idi. Əsərin yazı üslubu biraz Albert Camus'un “Yad” əsərinə bənzəyir. O əsəri oxuyub bəyənənlər, məncə 100% “Aylak Adam”-ı da bəyənəcək.
SərgərdanYusuf Atılgan · Teas Press Nəşriyyat · 201971,1bin okunma
Hobbit və Mən
9/10
·319 syf.··
Beğendi
·
2021 3. kitabı
·
31 günde okudu
·
Okunma: 02 Nisan 2021 00:00
(Qeyd: Spoyler!) “Üzüklərin Hökmdarı”nın (The Lord of the Rings) prelyüdü olan “Hobbit” əsəri kiçik (320 səhifə) və nağılvarı olmasına baxmayaraq, dillərə dastan ola biləcək dünyası ilə epik və ya yüksək fentezinin (high or epic fantasy) heyrətamiz qələmidir. Hətta daha dəqiq bənzətməyə baş vurum; əgər fantastik aləmlərin ən ahılı olan “Üzüklərin Hökmdarı” şedevrik bir kitabdırsa, bu əsəri ərsəyə gətirən də həmin “Hobbit” qələmidir. Kitabda hobbitlərin - mini adamların (belə ifadə etdiyimə görə, cənab Tolkien, üzrlər), insanların, cırtdanların, trolların, qoblinlərin və o cümlədən öz rayihələrini uzaqdan hiss etdirməyi bacaran, elf qoxuyan elflərin yaşadığı dünyada səfərə çıxmış qafilənin əcaib-qəraib hadisələrlə aşıb-daşan bir macərasından bəhs olunur. Əsər on beş nəfərlik dəstənin (biri hobbit Bilbo Baggins, biri insan sehrbaz Qandalf, qalan on üç nəfər isə başda Torin Palıdqalxan olmaqla cırtdanlar birliyi) xüsusi məqsəddən dolayı səyahətə çıxması ilə başlayır, hansı ki o məqsəd qüdrətli əjdaha Sisin (Smaug) caynaqlarından böyük cırtdan nəslinin evi, iqamətgahı, sarayı olan Tənha Dağı və o dağ altındakı nəhəng xəzinəni geri almaqdır. Əlbəttə, hər bir qələbə burada da olduğu kimi qurbansız ötüşmür. Mövzunu bəyəndim, hətta çox. Xüsusilə də sevdiyim janrı oxumağımın həmişəki kimi ayrı bir ləzzəti oldu. Amma qeyd edim ki, istər-istəməz insan sevdiyi janrda daha çəkingən, qismən də olsa ədalətsiz mövqedə çıxış edə bilir (eyni ilə həyatımızdakı münasibətlərdə olduğu kimi). Ona görə fentezini o qədər də sevməyənlər, yersiz təriflərimi gərək bağışlaya. Mövzu üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1. Hadisələrin ardıcıllığı bəzi əsərlərdəki kimi qarmaqarışıq, qatış-bulaş deyil deyə bu da əsəri daha oxunaqlı edir – özü də birnəfəsə oxuna biləcək tərzdə. Cənab Tolkien ola
Edebiyat
HobbitJ. R. R. Tolkien · Qanun nəşriyyatı · 017,2bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
İllüziyalı Reallıq
10/10
·372 syf.··
Beğendi
·
2022 1. kitabı
·
32 günde okudu
·
Okunma: 02 Eylül 2022 00:00
(Qeyd: Spoyler!) “Kitab yazmaq ikinci dərəcəli işdir. Mən faşizmə qarşı vuruşmağa gəlmişəm!” deyən yazıçının “1984” romanı (370 səhifə) amerikan dərgisi olan “Newsweek”in 2010-cı ildəki “Dünyanın on ən mühüm kitabı” siyahısında “Hərb və sülh” epopeyasından sonra ikinci yeri tutmuşdur. Totalitarizmə hüdudsuz nifrətdən yoğrulmuş bu əsər əsl qiyam şərqisidir. Üç hissədən ibarət olan romanın birinci hissəsində yeni dünya nizamı, o nizama şüurlu bir şüursuzluqla boyun əymiş Uinston Smit və onun çirkab dolu həyatıyla rastlaşırıq. Yeni dünya nizamı belə qurulmuşdur: tək planet, tək planetin üç hakim dövləti olan Okeaniya, Avrasiya və İstasiya (Şərqi Asiya). Kitabda Avrasiya və İstasiyaya haqlı səbəbdən ötrü geniş yer verilməyib. Hadisələr büsbütün Okeaniyada, İngiltərə - Londonda cərəyan edir. Burada sistem necədirsə, digər iki imperialist ölkədəki “vəziyyət də buna bənzəyir” yox, birbaşa bununla ekvivalentlik təşkil edir. Amerika və İngiltərəni özündə birləşdirən Okeaniya istibdad ölkəsinin sistemində üç təbəqə mövcuddur: Xarici Partiya, Daxili Partiya və Partiya üçün “fəqir həqirlər” sayılan proletariat. Piramidal strukturun başında virtual lider “Böyük Qardaş” dayanır, hansı ki, o, iqtidar partiya “İngsos”un yaradıcısıdır (düzdü, Böyük Qardaşın təbiricə desək, İngsos yaradılmayıb, o həmişə var olub). Sonra əhalinin iki faizini təşkil edən ali təbəqə gəlir: Xarici Partiyanın üzvləri - dövlətin varlı və inzibatçı nümayəndələri. Onlarda həmişə ən yaxşı məişət, ən yaxşı geyim, yemək, xırdavat olur. Lakin buna baxmayaraq, onlar da daim nəzarət altında saxlanılır. Ümumiyyətlə, partiya üzvləri hər zaman (24 saat), hər yerdə teleekranlar tərəfindən izlənilir. Günümüzün kameralarının sənə, mənə göz qoyduğu kimi. Sadəcə kameralardan fərqli olaraq, teleekranlar səni izləməklə
Edebiyat
1984George Orwell · Teas Press Nəşriyyatı · 2023200,1bin okunma
Möhtəşəm...
9/10
·768 syf.··
Beğendi
·
2023 12. kitabı
·
15 günde okudu
·
Okunma: 28 Nisan 2023 21:26
Vicdan... İnsan varlığında olan Allah onun həqiqi vicdanıdır. Bu vicdan saxta vicdanı rədd edir; qığılcıma sönməyi qadağan edir; günəşi unutmamağı şüaya əmr edir; qəlbə əmr edir ki, əsl həqiqəti bu həqiqətlə üz-üzə gələn yalançı həqiqətdən ayırsın. Bu, insanlıq çeşməsidir, qəlbin susmayan səsidir; bu, qəribə bir möcüzədir, bizim daxilimizdə olan sərvətin, bəlkə də, ən yaxşısıdır. (5-ci hissə, 4-cü kitab) Keçmişin gözdən itən üfüqlərinə ömründə heç nəzər salmayan adamlar nə düşünməyə, nə də sevməyə qabildirlər. (5-ci hissə, 5-ci kitab, 7-ci fəsil) Siz soruşursunuz ki, məni danışmağa məcbur edən nədir. Çox əhəmiyyətsiz bir şey - mənim vicdanım. Susa bilərdim, bu çox asandır. Mən bütün gecəni çalışdım ki, özümü buna inandırım, amma olmadı. Siz məndən açıq danışmağı tələb edirsiniz, sizin buna haqqınız var, çünki mənim sizə söylədiklərim ağlasığan şey deyil. Bəli, mən bütün gecəni özüm-özümə cürbəcür dəlillər, çox möhkəm dəlillər gətirdim. Doğrudan da, öz qüvvəm daxilində olan hər şeyi elədim. Ancaq bir şey eləyə bilmədim: mənim qəlbimi bu yerə bağlayan, buxovlayan, bənd eləyən ipi qıra bilmədim, tək olanda mənimlə söhbət eləyən ipi qıra bilmədim. Buna görə də sizin yanınıza gəldim ki, hər şeyi açıb deyim. (5-ci hissə, 7-ci kitab, 1-ci fəsil) - Ölməyin eybi yoxdur, yaşamamaq dəhşətdir. (5-ci hissə, 9-cu kitab, 5-ci fəsil)
Roman
Səfillər (I-III Hissələr)Victor Hugo · Teas Press Nəşriyyatı · 2022105,3bin okunma