Dünən saat 13:20-də qış daxil olub Bakıya. Maraqlıdır, görəsən, Bakıda fəsil elə qış deyildimi? Bakının insanları yay aylarında belə qışı yaşamırdımı?
Həmişə mənə qeyri-ixtiyari olaraq maraq yaradıb bu şəhərin insanları. Bilirsiniz, şəhərinə yaxud rayonuna, kəndinə görə insanların xasiyyətini az da olsa, seçə bilərsiniz. Məsələn, Şəkiyə getsəniz, böyük ehtimalla, sizi ordakı insanların danışığından dolayı gülmək tutacaq. Bu lağ üçün olan gülmək deyil, onların ləhcəsi buna dəlalət verir. Yaxud insanların orda sizə çoxca səmimiliyi hardasa qeyri-adi bir hiss oyadacaq sizdə.
Naxçıvana getsəniz, tamam ayrı bir münasibət görəcəksiniz. Qubada tamam ayrı, Yardımlıda tamam ayrı və s. və i. a..
Amma Bakı hamısından fərqlidir. Bakıda hər yerdən, hər xasiyyətdən, hır xüsusiyyətdən, hər geyimdən, hər danışıqdan insan tapmaq mümkündür. Təkcə səmimiyyət bu şəhərdə çox çətin tapılır. Hava soyuq ya isti olsun, niyəsə bu şəhərin əksəriyyətində qara paltar var. Niyəsə insanlarının üzü həmişə ciddidir. Niyəsə insanları həmişə harasa tələsir. Niyəsə insanları kimisə mütləq itələyərək harasa daxil olmağa çalışır.
Ətrafdan Bakıya baxıb sadəcə anlamağa çalışıram, bu şəhərin xüsusiyyəti nədir? Birisi Bakıya gələndə niyə korlaşır?
Sizə bir sual, hərgah Bakıda yaşayırsınızsa. Gün içərisində gəzdiyiniz yerlərdə neçə dilənçi görmüsünüz? Heç diqqətlə saymısınız? Yəqin çoxunuz birdən fikirləşəcək ki, bu nə gic sualdır? Amma ciddi-ciddi düşünün. Neçə dənə görmüsünüz? Ya onlar yoxdurlar, ya da siz onları görmürsünüz. Ağlınıza, böyük ehtimalla, bu gələcək. Budur Bakının insanının xüsusiyyəti. Korlaşmaq.
Nəysə, deyəsən, yenə çox düşündüm və vicdanım hardasa başını qaldırıb: "Mən hələ də sağam, burdayam, ey bədbəxt!", - deyə bağırdı. Ona görə sizi sıxdım bu qədər, bağışlayın. Bu arada,