"Uğultulu Tepeler"i bitirdikdən sonra hər zamankının əksinə, 1 saat dayanıb düşünmədim. Vaxtım yox idi və bitən kimi bu platformada bitdiyini qeyd edib işimə döndüm.
Ancaq yenə də əsərin yaşatdığı duyğuları, həmçinin günlərdir qulağımda səslənən o dialoqları sizinlə paylaşmasam, Heathcliff'in vəziyyətinə düşəcəyimdən qorxuram. Brontelər ruhumu əsir aldılar və asan-asan geri vermək də istəmirlər.
İndi isə ağlımdakı o səhnəni anlatmağa başlayıram. Səhnəni hər an görmürəm açıqca, amma səsləri durmadan eşidirəm, və sözün düzü, olduqca danışqanlarmış. Olduğu kimi danışacağım üçün spoi ola bilər, bunu nəzərə alıb oxuyun :
Budur, qarşımda yamyaşıl bir çəmənlik var. İnsanlardan və onların gətirdiyi hay-küydən təcrid olunmuş, sağdakı ağacdan bir az kənarda axan çaydan gələn su şırıltısının və quşların oxuduğu nəğmələrin xaricində heç bir səsin eşidilmədiyi bir yerdir bura. Tam da Catherine ilə Heathcliff'in sevdiyi kimi. Ya da Jane Eyre mi desəm? Və burada St. John'un ruhunu da görürəm sanki, bu yer onun çox sevdiyi halda qoyub getdiyi vətəninə necə də bənzəyir, deyilmi?
Sizə səs-küysüz demişdim, amma unudun bunu. Artıq iki qadının hərarətli danışığını eşidirəm. Emily ilə Charlotte öz əsərlərini qarşılaşdırmağa çalışır, deyəsən. Amma bu heç də sakit keçəcək bir müzakirəyə bənzəmir. "Jane Eyre"in yarısından bir az keçən kimi Emily Charlotte'un obrazlarıyla tənə etməyə başladı :
- Ah, heç gülüşümü saxlaya bilmirəm, doğrusu. Amma Mr. Rochester'dəki bu sadəlik, bu bəsitlik haradan gəlir belə? Sən buna nifrət dolu, günahkar xaraktermi deyirsən? Bu adam ikiüzlüdür, asanca yalan danışır, amma yox... Ondakı nifrətin səbəbləri heç də dərin deyildir, onun ruhu Heathcliff'in ruhunun yarısı qədər belə yaralanmayıb. Bu adamın xarakteri Heathcliff qədər möhkəm və dərindən kök salmış