Ağlın çəkə biləcəyi zərbələrə səbr etməkmi yaxşı, yoxsa müsibətlər dənizinə qarşı silahlanıb onlara son qoymaqmı? Ölmək — yatmaqdır yalnız… Yatmaq — bəlkə də yuxu görmək… Bax, iş elə burda dolaşır; Çünki o ölüm yuxusunda hansı yuxular görünər bu düşüncədir ki bizi dayandırır və ömür müsibətlərinə qatlanmağa məcbur edir. Var olmaq, ya olmamaq - bütün məsələ bundandır. ~ William Şekspir, Hamlet, III pərdə, I səhnə
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Sükutun pərdə arxası-“yar”ımçıqlıq haqqında
Həyatın, insanların, cəmiyyətin bizə uşaqlıqdan israrla diktə elədiyi bir mistika var-yarımçıqlıq… Kimə baxırsan, hamı eyni düşüncələrlə, ən vacib bir şeyini itirmiş kimi, gözü yol çəkərək, daim nəyinsə axtarışındadı. Özünün yarım olduğunu, tamamlanmadığını düşünən insanın isə bir lənəti var; digər “yarımçıqları” özünə çəkmək. Əslində qınamıram, çünki bütün qədim əfsanələr, nağıllar, ədəbiyyatımızdakı şeirlər, mahnılar hamısı bu barədədir. Öz yarını tapmaq haqqında… Hətta bizi lapp çox istədiyinə inandığımız doğmalarımızın duaları, arzuları da belə başlayır: öz yarını tapasan:) Bəs doğrudan da hər kəs yarımçıqdır mı, ya da hər kəs tamamlanmalıdır mı? Məncə, bir insanın tamamlanmaq üçün ikinci birinə ehtiyacı olmamalıdır. Çünki iki yarımçıq heç vaxt bir tam olmur. Bu riyaziyyatda da belədir; 0.5x0.5=0.25 Yaxşı, yaxşı ciddi olacam:) Yarımçıq olduğunu düşündüyü üçün özünü kiməsə “yapışdırmağa” çalışan insan nəinki tamamlanmaq, daha da azalır. Bu bilirsən nəyə bənzəyir? Elə bil, bir puzzle qurursan, amma bir parça çatışmır tamamlanması üçün. Sonra bir parça tapırsan, fikirləşirsən ki, bu sənin puzzle-ındakı boşluğa uyğundur.(həmçinin, o da öz yarımçıq puzzle-ı üçün səni tamamlayıcı parça olaraq görür) Sonra baxırsan ki, yox nəsə düz gəlmir, tam oturmur, belə olanda da iki tərəfdən biri (bəzən ikisi də) nələrdənsə keçir, fədakarlıqlar edir. Həmin o “yarımçıq” hissəyə uyğun gəlməyən tərəflərini yonur, özünü o boşluğa uyğunlaşdırır. Ya da bu biri tərəf özündəki o “yarımçıq” hissəni daha genişlədir ki, “tamamlayıcı” parçaya uyğun olsun. Kəsilib-biçilərək, yonularaq özlərini tamamlandıqlarına inandırırlar. Hə,- deyirlər- bu dəfə oldu:) Amma sonra böyük rəsmə baxanda nə görürlər? - o “tamamlayıcı” hissəni bir təhər öz yarımçıqlığına uyğun formaya salsa da, rənglər heç o rənglər
İnsan ve Duygular
Okuyordum,sizinlede paylaşayın dedim.Azerbaycan türkçeyile "İblis"
Hüseyin Cavid İBLİS – İ b l i s – . . . – M ə l ə k – . . . – İ x t i y a r ş e y x – ağsaqqal bir sövməənişin... – X a v ə r – İxtiyarın torunu – A r i f – pərişan saçlı, sadə geyimli bir gənc – V a s i f – könüllü bir türk zabiti (Arifin küçük qardaşı) – K ü ç ü k z a b i t – Vasifin arqadaşı – R ə n a – son dərəcə gözəl bir şəfqət həmşirəsi (türk) – İ b n Y ə m i n – qırx beş yaşında qaraşın bir ərəb zabiti – Y a r a l ı z a b i t – rus ordusuna mənsub bir gənc – T e y f – Rənanın məqtul babasının xəyalı – E l x a n – zabit (əskəri qaçaq) – Zabitlər, əskərlər, haydutlar. İLK PƏRDƏ Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Pərdə açıldıqda Arif bir tə- rəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpet sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul... Gözlərin birində İblis, digərində Mələk görünür. Gurultudan sonra sükut... İ b l i s (məmnun qəhqəhələrlə) Dəryalərə hökm etmədə tufan, Səhraları sarsıtmada vulkan, Sellər kibi aqmaqda qızıl qan, Canlar yaqar, evlər yıqar insan... (qəhqəhə)